Qubada ceyran ovlayan şəxs saxlanıldı - Fotolar

img

13-01-2019 [14:41]


Qanunsuz ov edən Quba sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Tülər kənd ərazisində ovlanması ölkəmizdə qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA