09-04-2017 [14:02]
Etibar Əliyev
təhsil eksperti, fəlsəfə doktoru
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına getmişdim. İynə atsan yerə düşməzdi. Xəstələrin sosial mənşəyini ayırd etmək üçün, sadəcə, kənarda dayanıb azacıq müşahidə aparmaq lazım idi. Müayinə və müalicə qiymətlərinin od tutub yandığı bu tibb məkanında daha çox kasıb təbəqədən olan xəstələri görmək mümkündür.
Buranı "resepşin” və mühafizə xidməti idarə edir. Ödəniş kağızın yoxdursa, yuxarı qatlara qalxa bilməzsən. Həkimin oturduğu mərtəbəyə daxil olmaq pulludur yəni. Yəni hər şey ödənişdən başlayır. Bəlkə adamın məsləhətə də ehtiyacı yoxdur, nəinki müayinə və müalicəyə, bəs nəyə görə öncədən pul alırlar ondan? Bəlkə həkim deyəcək ki, get başqa doktor axtar?!

Yuxarıda dedim axı, müayinə və müalicə qiymətlərinin od tutub yandığı bu tibb məkanında əsasən kasıb təbəqədən olan xəstələri görmək mümkündür. Bəs nə əcəb varlılar gəlmir bura? Pul problemləri yoxdursa, onlar niyə gəlmirlər bu mərkəzə? Niyə qane etmir onları bu klinika? Xidmətin keyfiyyətimi?
Ən qəribəsi odur ki, varlıların gəlmədiyi bir klinikada qiymətlər varlılar üçündür. Nə yaxşı ki, belə yaraşıqlı tibb müəssisələrində Türkiyədə oxumuş bir neçə həkim çalışır. Hiss edirsən ki, onlar da yüksək xidmət haqlarından sıxıntı keçirirlər. Nisyə müayinə də yoxdur. Adama heç 10 damcı "Karvalol” da verməzlər. Pulsuz koridora buraxmırlarsa, hər şey aydın olmalıdır. Elə bil, başqa dövlətin sərhədlərini keçirsən bura gələndə.
Yeni, müasir və elitar Tədris Cərrahiyyə Klinikasının "sərhəd buraxılış xəttində” yadıma bir şey düşdü. Bir neçə gün öncə sosial şəbəkələrdə vəzifəli şəxslərdən birinin xəstələnməsi xəbərini oxudum: "Azərbaycan baş nazirinin müavini Abid Şərifov xüsusi reyslə İsrailə aparılıb. O, Hayfa şəhərində RAMBAM klinikasında təcili müalicəyə qəbul edilib.A.Şərifov İsrailə ürəkdəki elektrik keçiriciliyinin ciddi pozuntuları diaqnozu ilə aparılıb və adı çəkilən klinikanın kardioloji şöbəsinə yerləşdirilib”.

Xüsusi reys, İsrail klinikası... Bəs görəsən, burdakı elitar klinikalara Abid müəllimin ürəyini (qəlbini də yazmaq olar) niyə etibar etməyiblər?
Yadıma bir hadisə düşdü. 2013-cü ilin fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Mahmud Kərimov axşam saatlarında kəskin ürək tutması ilə xəstəxanaya çatdırılıb. Lakin vəziyyəti ağırolduğundan onu xüsusi təyyarə ilə Türkiyəyə aparıblar. Lakin M.Kərimov yolda ikəndünyasını dəyişib.

Belə hallar da olur, yoldaşlar.
Abid müəllimin xəstəliyi ilə bağlı publika.az saytındakı xəbərə diqqət edək:"Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov hazırda iş başındadır. Bunu onun xidməti telefonuna cavab verən köməkçisi bildirib. O, adını söyləmək istəmədiyini və Abid Şərifovun səhhəti ilə bağlı yayılan xəbərlərin yalan olduğunu söyləyib: "Hazırda Abid müəllim iş başındadır. Onun səhhəti ilə bağlı yayılan xəbərlər yalandır”.
Bunlar xaricdə müalicələrini də gizlətməyə çalışırlar. Hətta köməkçi də adını gizlədir. Nə yaxşı ki İsrail saytlarından biri bu məlumatı yazdı. Yoxsa elə biləcəkdik ki, Abid müəllim burda dəbdəbəli klinikaların birində müalicə olunub.
Televiziyalar klinikaları var gücləri ilə təbliğ edir. Ancaq bizim vəzifəlilərin (varlıların) hər hansı birinin yerli klinikada müalicəsinin reklamı, əlbəttə ki, klinikanın nüfuzunu yüksəldə bilər. İndi təsəvvür edin ki, belə bir reklam gedir:"Baş nazirin müavini filankəsov filankəs ürəyini İsrailin istənilən klinikasında müalicə etdirmək imkanına sahib olsa da, "Neftçilər” xəstəxanasına etibar elədi”.
Bizim əbədi şeyximiz Allahşükür Paşazadə hər il qanvermə kampaniyasına qoşulur. Bu, çox yaxşı haldır. Qanı bizim yerli klinikalarda verir. Yəni onlara etibar edir. Ancaq xatırlayıram ki, bir dəfə hava limanında, o, müsahibə verirdi ki, xaricdən müalicədən gəlir.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından çox bədbin ayrıldım. Xəstələri dərdlərinə əlac tapılmasından çox qiymətlər narahat edir. Müayinə, müalicə, dərman. Hamısı qanı qiymətinə. Tibbi sığorta tətbiq olunmayana qədər vətəndaşlardan əməkhaqqı barədə arayış istənilməlidir. Məsələn, bir elmi işçinin, yaxud ali məktəb müəlliminin 1 aylıq əməkhaqqı bu klinikada müalicə, müayinə və dərmana bəs etməz.
Çalışın xəstələnməyəsiniz...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi