19-10-2016 [20:42]
Seymur VERDİZADƏ
Mən, Allaha inanan adamam. Amma özünü ateist sayan adamlarla da çay içir, çörək yeyir, hətta bir yerdə səfərə gedirəm. Əsas odur ki, ateist qardaşımız Allaha inandığıma görə məni "cahil” və "geridəqalmış” adlandırmasın. Çünki Allaha inanmadığı üçün mən onu "kafir” adlandırıb, qanını qaraltmıram...
Azərbaycanda dindarlarla ateistlər arasında virtual qarşıdurma əvvəllər də olub. Amma Məhərrəm ayı başlayandan sonra tərəflər arasındakı ziddiyyətlər daha da kəskinləşib.
Sosial şəbəkələrdə qarşı tərəfi təhqir edən, aşağılayan, hətta lənətləyən rəylərə tez-tez rast gəlmək mümkündür. Ateistlərin təmsil olunduğu cinahın əsas iradı budur: siz niyə imamlar üçün yas saxlayırsınız?
Bunun cahillik, geridəqalmışlıq əlaməti kimi qiymətləndirilməsi dindar kəsimin heysiyyatına toxunduğu üçün onlar adekvat cavab vermək məcburiyyətində qalıblar. Heç kim inciməsin, müşahidələrimə əsaslanaraq onu deyə bilərəm ki, virtual aləmdəki ateist dostlarım qaşınmayan yerdən qan çıxarmaqla məşğuldurlar...
Azərbaycan tolerant ölkədir. Bizim ölkədə müxtəlif dinlərin nümayəndələri min illərdi çiyin-çiyinə yaşayır, bir-birilərinin inanclarına, adət-ənənələrinə, həyat tərzinə hörmətlə yanaşırlar. Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Bakı şəhərində həm məscid, həm kilsə, həm də sinaqoq fəaliyyət göstərir. Müsəlmanlar da, xristianlar da, yəhudilər də, o cümlədən, başqa dinlərin nümayəndələri də sərbəst şəkildə öz ayinlərini yerinə yetirə bilirlər. Azərbaycan Amerika deyil ki, dərisinin rənginə görə insanı güllələyib, sonra türmədə yatsınlar. Özünü şair, yazıçı, jurnalist adlandıran adamlar ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasına və inkişafına töhfə verməlidirlər. Düşmən dəyirmanına su tökməyin zamanı deyil.
...Uşaqlar məktəbdə olduğu üçün Aşura günü ard-arda çalınan iki zəngdən sonra qapını özüm açdım. On beş-on altı yaşlı bir oğlan uşağı əlindəki boşqabı nəzakətlə irəli uzadıb, belə dedi: "İmam ehsanıdır. Anam göndərib”.
"Allah qəbul etsin”, - deyəndən sonra ədəb-ərkanla boşqabı oğlandan aldım.
Sonra öyrəndim ki, az-çox imkanı olan adamlar həmin gün bişirdikləri ehsanı son tikəsinə kimi qonşulara paylayıblar. Beləliklə, işdən yorğun-arğın dönən neçə-neçə insan həmin axşam isti yemək yeyib. Başa düşə bilmirəm, bu davranış qələm dostum, həmkarım, həmyerlim Taleh Şahsuvarlını niyə qıcıqlandırmalıdır? Halbuki ehtiyac içərisində yaşayan beş-altı adamın heç olmasa bir dəfə doyunca çörək yeməsi sol dünyagörüşün daşıyıcısı olan dostum Talehi hamıdan çox sevindirməlidir...
Əsl ziyalı qarşı tərfə münasibətdə dözümlü olmalı, başqasının inancına, həyat tərzinə hörmətlə yanaşmağı bacarmalıdır. Qoy, Hacı İlqar İçərişəhərdə yerləşən "Cümə” məscidinə gedib, ürəyi istədiyi qədər ibadət etsin.
Mehman Muradlı isə həmin məscidinin iki yüz addımlığında yerləşən "Nərgiz” kafesinə girib, doyunca viski içsin. Mən isə M.F.Axundov adına kitabxanada oturub, sakitcə məqaləmi yazım. Amma bir şərtlə ki, Sahil bağında qarşılaşanda namaz qılmadığıma görə Hacı İlqar, viski içmədiyimə görə də Mehman Muradlı məni məzəmmət etməsin. Çünki mən Hacı İlqara "Allah qəbul etsin”, Mehman Muradlıya isə "nuş olsun” deyə biləcək qədər tolerantam...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib