25-11-2016 [20:17]
Zahid ORUC, Milllət vəkili
Avropa qapılarını Türkiyəyə nə vaxt bütöv açdığını tarixçilər belə xatırlamır. Varşava Paktının çətiri altına toplanan sosialist düşərgəsi ölkələri Şimali Atlantik Alyansına qarşı hərbi dirəniş göstərəndə Ankara mühüm strateji yüksəlik idi.
Lakin onda da NATO-nun qurucuları, gizli xidmətlər və maliyyə mərkəzləri imperiya qurmuş bir xalqı avrostrukturlardan uzaq tutmağa üstünlük verirdilər. Çünki söhbət hər hansı Baltikyanı karlikdən-xüsusi beynəlxalq siyasi ambisiyaları olmayan sovet ucqarlarından getmirdi. Türkiyə ərəb dünyasında liderliyə can atan, İran kimi güclü teokratik sistemin din inqilabı ixracına qarşı dünyəvi modeli ilə cavab verən, Avrasiya nəhənglərindən və Qərbin son 500 ildə daimi başağrısına çevrilən ruslarla iqtisadi-siyasi alyansa can atan və Yaxın Şərqin arxitekturasında bəzən yaxın müttəfiqi Amerikanı belə tanımaq istəməyən müstəqəl bölgə liderindən danışarkən hamı bir anlıq susur.
Əcəba, gerçəkdənmi, Ərdoğan müasir dövrün dünyəvi lideridir və onun yenidən neosmanizmə qayıtmaq fikri qətidir?
Bir il əvvəl hələ Davudoğlunun baş nazirliyində Almaniyada növbəti antütürk kampaniyasına start verilərkən indi prezidentliyə can atan Ştaynmayer Qərbin qapalı hücrələrində dolaşan təhlükə mistikasından bir tezisi açıq dilə gətirmişdi.Hərçənd onda mediada uzun illər məxfi lojalar haqqında yayılan əsatirlər həmin bəyənatları dərindən qiymətləndirməyə imkan verməmişdi.
Almanlar yenidən Türkiyə ilə Qərbin ittifaqı baş verərsə, tamam yeni bir dövlətin meydana çıxacağından qorxurdular.Mühüm iqtisadi azadlıqlardan və gömrük rüsumu ödənişlərindən azad olan, təhsilə, bank sektoruna və qabaqcıl texnologiyalara yiyələnən bir millətin nə demək olduğunu izah etmək artıqdır.
İndi təkcə Rusiya və İranın enerji resursunu özündə cəmləşdirməklə Avropa qarşısında baş qaldıran Ankaranı Birliyin üzvü statusu ilə dayandırmaq və onun xarici siyasət maraqlarına qarşı sipər çəkmək qeyri-mümkün olacaqdı.
Türkiyə Almaniya və Fransanın liderliyinə qarşı Avropa İttifaqında ən yaxşı müqavimət cəbhəsinə çevriləcəkdi. Ərdoğanla bir ranqda olmayan zəif siyasi liderlərin çox asanlıqla toplaşıb, məsələn, Liviyaya qarşı hərbi cəbhə açması heç də asan başa gəlməyəcəkdi. Çünki regionu bürüyən xaosun təsiri yaxın sərhədləri birinci tutur və yalnız neft-qaz maraqları üzündən,yaxud liberal dəyərlərin və demokratiya modellərinin sırınması səfsəfəsindən bir xalqa qarşı silahlı savaş aparılmasını normalda müdafiə etmək olmazdı.
Yaxud, əvvəlcə İŞİD-in logistik bazaları üçün sünni şeyxlərə məxfi direktivlər göndər,sonra onlar da Klinton Fonduna vəsaitlər yatırıb öz təhlükəsizliklərini sığortalasınlar, sonra diktator dediyin Əsəd rejiminə qarşı terror ordularından müqavimət cəbhəsi yarat. Halbuki kiminsə cəsarəti yoxdur çıxıb soruşsun ki, 5 ildir tiran dediyini yıxmaq niyə müşkülə çevrilib. Demək, xalq əlində silah öz liderini və dövlətini qoruyur da.
Lakin əgər Türkiyə tamhüquqlu üzv olsaydı, belə avantüranın qarşısında onlarla dövləti təşkil edə və konsensusun alınmasına imkan verməzdi. Ancaq Bəşəri devirmək istəyənlər Ərdoğanı kənara itələyincə qarşılarında Rusiyanı gördülər. İndi Putin kiminlə alyans quracaqsa, qələbəni onun qazanacağını görüb, Avroparlamentdən sanksiyalar tətbiq etməyə qalxıblar. NATO generalları öz düşmənlərini yaxşı tanıyırlar. Onları vahimələndirən ruslar və türklərin hərbi ittifaqıdır. İki ölkə, iki imperiya varisi, iki döyüşən xalq, iki mədəni-dini sivilizasiya Bizansın bütün tarixi missiyasını geri qaytarmağa qadir olan gücdür. Ona görə də son 300 ilin müharibələri məhz Avrasiyadakı kimlik məsələsini həll etməyə yönəlib. Lakin nə Rusiya yox olub, nə də Türkiyə ərazicə və siyasi iddia mərkəzi olaraq sıradan çıxıb.
İndi avropalılar Ərdoğanın daxili siyasi əleydarlarına qarşı aşırı güc və təzyiq siyasətini pisləməyə və ölüm cəzasını tətbiq edənlə bir arada olmaq istmədiklərinin davasına çıxarkən 15 iyul çevrilişini sükutla yanaşan bəlli paytaxtların məqsədləri tam bəlli olur. Əgər Gülən hərəkatı hakimiyyəti ələ götürsəydi, Qərb bir islam mötədilindən və müsəlman dünyası üçün cazibədarlıq qazanan hökmrandan xilas olacaqdı. Hər halda miqyası böyük olan adamlara təhlükə kimi baxılmasının bir əsası da var. Onsuz da ruzveltlər, çörçillər dövrü arxada qalıb. Nə olsun ki, hazırki Türkiyə siyasi hakimiyyətini səhnədən aparmaq istəyən qüvvənin özü məscidlərdə, yaxud hizmət hücrələrində təşkilatlanır. Olsun da. Onların platformasını yazanlar 75 yaşlı bir adamın yağmur gözlərindən qorxmurlar axı. Çünki belə liderlər heç türklərin Xomeynisi də ola bilməz.
Qüdrətli ideya sahibi olmaqla deyil, əgər xalqın önünə çıxdınsa, dünya ilə savaş cəbhəsi yaratmağa qadir olan milyonlarla tərəfdarın və hərbi gücün yoxdursa, onda səni nəinki iqtisadi sanksiyalarla, adicə çoxmərtəbəli idarəçilik piramidanın dayaqlarını dağıtmaqla sənin peyğəmbərliyinə son qoyacaqlar.
Lakin Ərdoğanı devirmək, yaxud onu qətl etmək istəyənlər açıq-aşkar Avroparlamentin tribunasından Gülən tərəfdarlarına haqq qazandırır, onlara siyasi hamilik edirlər. Fətullahın Ərdoğanla mübarizəsi Avropanın baş binalarında aparılır. On illərdi türk siyasi iqtidarını daxildən idarə edənlər, onlara qulluq edən hərəkatlar ifşa olunduqca qəzəblənir və Ankaranı sanksiyalara məruz qoyurlar.
Belə yerdə ərəb axını ilə Strasburqu, yaxud Brüsseli qorxumağın heç bir faydası olası deyil. Çünki Qərbdə baş qaldıran millətçi hərəkatlar, məsələn, Almaniyadakı PEGİDA kimi faşist təmayüllər çox asanlıqla türklərin can varlığına və mülklərinə əl qaldıracaqlar. Hər halda məxfi xidmət orqanları ilə sıx təmasda işləyən partiyalar və qruplar üçün belə avantürist əməllərə getmək o qədər də çətin görünmür. Ona görə də miqrant axını ilə avropalıları boğacağına arxayın ola bilməzsən.
Türkiyədə yalnız indi ruslarla dostluq üzrə parlament qrupunu yaratmağa başlayıblar. Cəbhə xəttinin İstanbula və Ankaraya keçdiyi bir vaxtda müxtəlif siyasi paytaxtlarla vuruşan Ərdoğan Qərbi xeyirsizlikdə və səmərəsizlikdə qınayaraq onların düşmənlərinə doğru böyük qucaq açır. Sizcə Avropanın qapısı ağzında 50 il gözlədilən bir ölkə özünə ləyaqətli yanaşma tələb etməkdə haqsızdırmı?
Ərdoğanın üzünə qapı bağlayanlar, Türkiyənin özünə yeni yollar açacağına əmin olsunlar. Azlıqlardan siyasi hakimiyyət qurmağı normaya çevirən cəmiyyətlərin idealları Atatürkün vətənində qalib gəlmirsə, onu bayram etmək lazımdır. Yaralı Ukraynaya 3 ildir qapıda viza qəbzi sürənlər, yenidən Rusiyanın və müsəlman dünyasının təhlükəsini evlərində yaşayanda, türk ordusunu təzədən xatırlayacaqlar. Onda kim-kimə qapı göstərəcək?
Avropa türkün olmaya bilər, lakin Türkiyənin Avropa olmasını heç kəs qadağan edə bilməz!
Amazon Web Services Azərbaycanda
PA rəsmisi Cavid Musayev: "Azərbaycan beynəlxalq media və informasiya tədbirlərinin..."
"Boğazını qayçı ilə kəsiblər, ağzı, əl və ayaqları da..." - 35 yaşlı şəxs keçmiş arvadını öldürüb + VİDEO (Yenlənib)
Mikayıl Cabbarov Omanın iqtisadiyyat naziri ilə müzakirə aparıb
Bu faydalı yataqlar satışa çıxarıldı - SİYAHI
"Karvan-Yevlax"dan AFFA-ya şikayət olunub
Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb
Gəncə Dövlət Universitetində aktual problemlərə həsr olunmuş elmi seminar keçirildi - FOTOLAR
Zəngilanda regional bölmə yaradılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yeni sədri kollektivə təqdim olunub
Prezidentin Katibliyinin rəisi və müavini barədə sərəncam verildi
Kamran Əliyev Qətərdə beynəlxalq tədbirə qatılıb
Şahrudin Məhəmmədəliyev Almaniyada əməliyyat olunub
Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi - Məhkəmə iclası
21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salınıb - Paşinyandan açıqlama (Yeniləyib)
Müasir poeziyamızın səsi: ruhun həndəsəsi – Qulu Ağsəsin misralarında həyat (VİDEO)
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Fərman imzalayıb - FOTO
Rektor və müəllimlər təltif olundu - Sərəncam + SİYAHI
"Beşiktaş" "Mançester Yunayted"in qolkiperinə "göz qoyub"
ABŞ Tayvana müasir silahlar göndərir - 10 milyard dollarlıq
Toyda camış əti verən şadlıq evi məşhur iş adamının imiş... - Biznesmen geri çəkilmədi, AQTA-nı "topa tutdu" + FOTOLAR (YENİLƏNİB)
"VİLLANIN SATIŞ QİYMƏTİ 17 MİLYON AVRODUR" - "UNİBANK"in rəhbəri ultralüks villasını satışa çıxardı (FOTOLAR)
Sənan Həsənov AMEA-nın yubiley medalı ilə təltif olunub - FOTO
Dövlət Agentliyinə direktor təyin olundu - Nazir əmr verdi (FOTO)
Sabah hava necə olacaq? - Proqnoz
Energetika Nazirliyində kollegiya iclası keçirilib
“Məndən başqa sizə heç kim dürüst sözü deməyəcək" - Rauf Vəliyev narazı işçilərə belə dedi
Prezident İlham Əliyev Qətər Əmirinə məktub göndərib - MƏTN
Futzal Federasiyasının prezidenti barədə sensasiyalı xəbər yayıldı
Emin Əmrullayev iki gənci vəzifəyə təyin etdi - Onlar kimdir? (FOTO)
Daha 34 azərbaycanlı Almaniyadan geri qaytarılıb
Bakıda ilk dəfə “ağıllı svetoforlar” quraşdırılıb - VİDEO
Rəsul Quliyev Bakıda torpaq sahəsi satdı - 5 milyon manata
Bankların borc faizindən faiz tutması... - Ali Məhkəmə yeni qərar qəbul etdi, bu, qanunsuz sayıldı
Türkiyədə daha bir məşhur jurnalist tutulub
"Fənərbağça" iki gənc futbolçu ilə müqavilə imzaladı - FOTO
Ağsuda dələduzluqda ittiham olunan şəxs tutulub