02-10-2016 [22:44]
Elxan ŞAHİNOĞLU, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Roma Papası Fransisk Azərbaycana birgünlük səfərə Gürcüstandan gəldi, 24 iyunda isə o Ermənistanda səfərdə olmuşdu. Roma Papası Ermənistana səfəri zamanı İrəvandakı "soyqırım” abidəsini ziyarət etməklə yanaşı, "erməni soyqırımı olub” ifadəsini işlətmişdi. Bu açıqlama Türkiyədə narazılıqla qarşılandı. Vatikan "erməni soyqırımını” əvvəlki illərdə tanıyıb.
Roma Papasının İrəvandakı çıxışı zamanı işlətdiyi bir ifadə isə Azərbaycanda narazılıqla qarşılanmışdı. Vatikan başçısı bu cümləni işlətmişdi: "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur”.
Roma Papası ermənilərə verdiyi vədi yerinə yetirmədi. Çünki, o, Bakıdakı çıxışların heç birində "kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” ifadəsini işlətmədi. Əskinə, Roma Papası Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı.
Roma Papasının Bakıda Heydər Əliyev Mərkəzindəki çıxışını isə iki hissəyə bölmək olar.
Birinci hissədəki mesajı: "Azərbaycan təkkonfesiyalı ölkə deyil. Azərbaycanda dini azadlıqlar tam təmin edilib”.
İkinci hissədəki mesajı: "Azərbaycanda ilk dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Qərbin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun”.
Birinci mesaj Azərbaycan prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəyini tərənnüm etdirir. İlham Əliyevin multikulturalizmə söykənən – dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib.
İkinci mesajda isə Roma papası Dağlıq Qarabağ münaqişəsindən ümumi sözlərlə danışır. Ondan əvvəl danışan İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəldir. Ancaq Roma papası çıxışında "Dağlıq Qarabağ” və "ərazi bütövlüyü” ifadələrini işlətmir. Bununla Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir və fikrini ümumi sözlərlə ifadə edir. Bu isə Azərbaycan ictimaiyyətində müsbət qarşılana bilməz.
Buna baxmayaraq, rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Birinci səfər 2002-ci ildə reallaşmışdı. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan istisnadır.
Azərbaycanda katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papasının müsəlman Azərbaycana səfəri Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin Vatikanın müzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur.
Bu dəstəkdə rəsmi Bakının siyasi məqsədi də var. Bu yardımla rəsmi Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır. Birinci məsələdə müsbət nəticə var, ikincidə isə yoxdur….
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib