11-07-2016 [11:05]
Həqiqəti deyən, onun tərəfində duran, dədəsinə də ədalət məsələsində güzəştə getməyən insanları sevirəm. Hətta mənə qarşı olsalar da, qəlbimin dərinliyində belə adamlara qarşı sayğı duyuram.
Çox təəssüf ki, Azərbaycanda bu dəyərlərlə yaşayanlar çox azdır. Hazırda sıralamaya görə 14-cü hakimiyyət belə olmayan mətbuatda isə barmaqla sayılacaq qədər ədalətli, «dediyimiz dedikdir», - qələm sahibi var. Bu günlərdə qələminə, şəxsiyyətinə və cəsarətinə hörmət elədiyim Zamin Hacının sosial şəbəkədəki bir statusunu oxudum. Hədəfi tam ortadan vuran bir nüasnsa toxunmuşdu.
Tanıyanlar bilir ki, Ordu, Şəhid, Qazi məsələsində həssas olmaya bilmirəm. Özümdən asılı deyil, bu üç müqəddəs məvhuma qarşı sayğısızlıq olanda hislərimi cilovlamağı bacarmıram. Görünür, Zamin Hacı da bacarmayıb, yaxud cilovlamaq istəməyib. Sonuncu statusu da buna bariz nümunədir. Görün nə deyir: «Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan bu polkovnik-leytenanta heç bir mükafat verilmədi, xəbəriniz olsun. Səbəblərini ölkədə çox adam bilir, ancaq kimsə dilinə gətirmək istəmir. Əgər Raquf Orucov həyatını bizim uğrumuzda qurban veribsə, biz niyə qorxub həqiqəti deməyək? Mən açıq yazıram: bu adama mükafat verilməməsinin, ümumiyyətlə, sağlığında da çox sıxışdırılmasının əsas baisi Mdafi Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovdur. Sadıqovun Orucova nifrətinin isə kökü var. Bir dəfə Orucov Sadıqovun hansısa əsgərin qanunsuz evə buraxılması (adı hissədə getsin, özü evdə) əmrini yerinə yetirməyibmiş. Təəssüf ki, orduda zabitlərin çoxu bu əhvalatı bilir, amma qorxudan səslərini çıxarmırlar, çünki Nəcməddin Sadıqov çox kinli, əlindən hər cür pislik gələn şəxsdir. Heç kim başının ağrımasını istəmir. Ona görə də millət uğrunda başını qoyan oğullar adsız qalır».
Həmkarımın hər cümləsinin yox haaa, hər kəlməsinin altına imzamı atıram. Düz, üç il öncə Raquf Orucovu tanımaq, əlini sıxmaq, söhbət etmək şərəfinə nail olmuşdum. Adam həqiqi hərbiçi idi. O qədər cüssəli adam olmasa da, adamın duruşunda qəribə nəsə var idi. Siması, duruşu, aram-aram söhbəti adama güvən verirdi. Onun necə hərbiçi, necə zabit olmasını əsgərləri, səngər yoldaşları yaxşı bilir. Mənim bu barədə danışmağım yersiz olar…
Keçək Zaminin yazdıqlarına. Nəcməddin Sadıkovla bağlı mənim də mövqeyim bəllidir. Bu gün ordumuzun başında dayanan ikinci şəxs olsa da, sevmirəm onu. Ordumu, əsgərimi Sadıkovdan dəfələrlə çox sevdiyimə əminəm, amma onunla ulduzum barışmır da. Bunun da bir çox səbəbləri var. Ana dilimi bilmir, rus dilində danışır, adı bir çox müəmmalı məsələlərdə hallanır, deyilənə görə, çox kobud adamdır, ordudan başqa bir yerdə işləməsə də, böyük imkanlara sahibdir(?).
Amma ona qarşı antipatiyamın əsas səbəbi bunlar deyil. Nəsə içimdə ona qarşı bir ögeylik hiss edirəm. Onun milli ruhda olan, xüsusən də kənd koloritli zabitlərə qarşı kinayə ilə yanaşdığını ordunun yuxarı eşelonundakılar yaxşı bilirlər. Odur ki, Zamin Hacının sözünü qəribçiliyə salmaq lazım deyil.
Tarix boyu həm bir məmləkətdə adsız qəhrəmanlar olub. Xalq o adsız qəhrəmanları qəlbində yaşadaraq, onları baş tacı edib. Zaman keçəcək, bu gün çiynində general rütbəsi daşıyanların çoxu unudulacaq. Amma Raqub Orucov kimi adsız qəhrəmanlar tarixin şanlı səhifələrində qalacaq. Bir şeyi unutmayaq, əsas general kimi yaşamaq deyil, əsas qəhrəman kimi ölməkdir…
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib