20-08-2016 [14:48]
Əflatun AMAŞOV, Mətbuat Şurasının sədri, millət vəkili
Jurnalistlərimiz Mətbuat Şurasının sədri kimi məndən soruşurlar: Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətli ilə bağlı məsələ Azərbaycan mediasına necə təsir göstərdi? Baxıram, öz baxışını ifadə edən həmkarlarım az deyil. Həqiqətən sözügedən hadisə mediamıza təsirsiz ötüşmədi.
Rövşən Lənkəranski kimdir? Əlbəttə, baxışlar müxtəlif ola bilər. Kimin üçünsə qəhrəman, kimin üçünsə də quldur. Mərhumun qorxmaz, Rusiyadakı azərbaycanlıların arxa-dayağı olduğunu vurğulayıb onun ölümündən məyusluq hissi keçirənlərə daha çox təsadüf edilir. Ümumən hər kəs öz düşüncəsində haqlıdır.
Yaxın tariximizin müxtəlif dövrlərinə nəzər salsaq, görərik ki, Rövşən Lənkəranski kimi adamlar çox olub. Zaman keçdikcə barələrində kitablar yazılıb, müəyyən bədii əsərlərdə prototipləri canlandırılıb.
Bu adamlar nə istəyiblər?
Klassik anlamda götürsək, haqq və ədalət. Yəni bəşəriyyətin ta yaranışından bu yana istədiyini və əldə edə bilmədiyini. Sadəcə onları fərqli edən ədalət anlayışına yanaşmalarıdır və onları caniyə, cinayətkara çevirən də elə budur. Hər halda razılaşarsınız ki, ədalət axtarışında olan insanın cinayətkara çevrilməsi də ədalətin təntənəsi deyildir. Yəni mütərəqqi ictimaiyyət olaraq bizlər hər kəsin nisbi anlayış olan ədaləti öz düşüncəsinə uyğun olaraq fərdi şəkildə bərpa edəcəyi cəmiyyəti arzulamırıq. Loru desək, heç birimiz övladımızın Rövşən Lənkəranskinin dünyasında olmasını istəmirik. Hətta bilsək ki, həmin dünyada haqq-ədalət ən ali səviyyədədir, yenə də bu cür perspektivi ağlımızdan keçirmirik. Çünki təbiətcə başqa insanlarıq. Belədə cəmiyyətə verdiyimiz mesaj nədir?
«Rövşən Lənkəranskinin qəbir yeri hazırlandı», «Rövşən Lənkəranskinin dəfni başladı»… kimi bəsit təqdimatlarla cəmiyyəti kökləməyimiz nə üçündür? Onların mərdliklərini, qorxmazlıqlarını, qətiyyətlərini şübhələndirmək niyyətindən uzağam. Biz də gənclərimizə qorxmazlığı, mərdliyi aşılamalıyıq. Ancaq istəyirikmi ki, övladlarımızın bu keyfiyyəti özünün ifadə plasdarmını Rövşən Lənkəranski və onun kimi insanların mövcud olduğu dünyada tapsın?
Mən demirəm ki, bu sayaq məsələlərə jurnalist marağı olmamalıdır. Jurnalistika cəmiyyəti köklədiyi, formalaşdırdığı kimi, cəmiyyətin ruhunu da duymağı bacarmalıdır. Ancaq bu zaman İCTİMAİ ƏHƏMİYYƏTLİLİK amilini nəzərə almalıdır. Soruşursunuz ki, Rövşər Lənkəranskinin qətli ilə bağlı məsələ mediamıza necə təsir göstərdi? Yuxarıda fikirlərimi bildirdim. Ümumən cavabım TƏƏSSÜFDÜR.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib