"Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilmirəm, amma İsrail..." - Pezeşkianın fərqli siyasətinə söz ardı... (TƏHLİL)
01-08-2025 [16:02]
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətlərə dair son açıqlaması diqqət çəkir.
Pezeşkian deyib: “Azərbaycan bizə doğmadır. Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilmirəm, amma İsrail bunu bacarır?! Biz əlaqə qura bilmirik”.
İran prezidenti həmçinin bu yaxınlarda Bakıya səfəri ilə bağlı ölkə daxilində səsləndirilən tənqidlərə sərt reaksiya verib: “Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir. Əlaqə yaradılmayıbsa, günah bizdədir”.
M.Pezeşkianın bu açıqlaması İran siyasətində nadir hallarda müşahidə olunan açıq etiraf nümunəsidir. Görünür, o, məsuliyyəti İranın üzərinə götürməklə həm daxili ictimaiyyəti sakitləşdirməyə (xüsusilə Güney azərbaycanlıları), həm də Azərbaycanla yeni səhifə açmağa çalışır.
Məsələ ondadır ki, Tehran uzun müddətdir Bakı ilə münasibətlərində bir tərəfdən dini və ideoloji yaxınlığı vurğulasa da, digər tərəfdən regional rəqabət, İsraillə bağlı narahatlıqlar və geosiyasi şübhələrlə əlaqələri gərgin saxlayıb. Pezeşkianın dedikləri yeni yanaşmanın başlanğıcı ola bilər, amma İran siyasi sistemində prezidentin real təsir imkanları məhduddur. Ona görə bu sözlərin həyata keçməsi üçün təkcə onun iradəsi kifayət etmir, arxasında sistemin bütöv dəstəyi olmalıdır.
Hesab edirəm, Pezeşkianın dedikləri ya onun subyektiv görüşü, ya da təmsil olunduğu islahatçıların konstruktiv yanaşmasıdır. Lakin bütün hallarda Azərbaycanla yeni səhifə açmağa çalışsa belə, ölkəsinin sistemindən dəstək alması çətin görünür. İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi ardıcıl neqativ fikirlər bunu deməyə əsas verir. Əli Əkbər Vilayəti heç də bəsit adam deyil və sistemin sütunu, qurucu babalarındandır. Çəki və nüfuz etibarilə Pezeşkianla müqayisədə çox daha təsirli fiqurdur. Sistemin real düşüncəsinin təcəssümüdür.
Təəssüf ki, İran–Azərbaycan münasibətləri uzun müddət qarşılıqlı güvənsizlik üzərində qurulub. İsrailin Azərbaycanla qurduğu əlaqələr praktiklik, qarşılıqlı maraq və daha az ideoloji yanaşma ilə irəliləyir. İran isə öz ideoloji və təhlükəsizlik baxışlarını önə çəkdiyi üçün çox zaman təklif etdiyi münasibət formatı cazibədar görünmür.
Bununla belə, Pezeşkian fərqli və daha çevik siyasət apara bilər. Amma bunun üçün o, İranda sistemli dəyişiklik etməlidir. Məhz bundan sonra onun dediklərini real qəbul etmək olar. Onun səmimiyyəti mövcud problemlərin həlli üçün yetərli deyil.
Turan Rzayev
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib