04-06-2016 [12:45]
Məhəmmədəli QƏRİBLİ
Mənim doğulub, böyüyüb boya-başa çatdığım rayonun adı ŞƏRURDU. Əvvəlki adı isə İLİÇ olub. Rayonumuz Böyük Oktyabr Sosialist İnqlabının lideri Vladimir İliç Leninin şərəfinə həmin adı daşıyırdı.
Amma maraqlıdır ki, rayonumuza çox vaxt NORAŞEN deyirdilər. Rayonun rəsmi adı İLİÇ olanda da, NORAŞEN adı paralel mövcud idi. İndiki ŞƏRUR royunun inzibati mərkəzi sayılan şəhəri dəmir yolu ikiyə bölürdü. Hazırda rayon mərkəzinin siması çox dəyişsə də, dəmir yolu əvvəlki qaydada yerində qalır. Həmin yol Sovetlər dönəmində çox işlək idi.
Bütün SSRİ-dən Ermənistana gedən yüklər dediyim dəmir yolu vasitəsilə daşınırdı. Qatarların intensiv hərəkəti səbəbindən, bəzən məktəbə getmək üçün, uzun zaman həmin qatarların manevrlərini gözləməli olurduq. Sözügedən yolla yalnız yüklər daşınmırdı. Məşhur sərnişin qatarları sayılıan BAKI-NORAŞEN; BAKI-İRƏVAN; BAKI- QAFAN-İRƏVAN həmin yerdən keçirdi. Bax, məşhur NORAŞEN həmin stansiyanın adı idi.
Bizim yaşadığımız məhəllə stansiyanın yaxınlığındaydı. Məhəlləmizn o biri başında isə meyvə-tərəvəz qəbulu mətəqəsi vardı. Bilirsiniz ki, Şərur böyük kənd təsərrüfatı royunu olub. Yay vaxtı rayonun bütün sovxoz və kolxozlarından yığılan kənd təsərrüfatı məhsulları maşınlara daşınıb həmin məntəqəyə təhvil verilirdi. Ordan da qatarlara yüklənib ucu-bucağı bilinməyən, böyük ölkənin şəhərlərinə yola salınırdı.Məhləmizin uşaqları çox vaxt ora gətirilən məhsullardan gizlincə götürüb etibarlı bir yerdə gizlədirdilər. Bunun adına xırda oğurluq da demək olardı. Həmin vaxt qəribə zaman idi.
Maraqlıdır ki, heç bir valideyn övladlarının oğurladığı məhsulu evinə buraxmazdı. Hətta biləndə uşaqları ciddi cəzalandırırdılar. Məhəllə uşaqaları götürdükləri qarpız, yemiş və pomidoru bir yerdə gizlədib, axşam Bakı-İrəvan qatarı keçəndə çıxarıb peronda stırdılar. Çünki bundan başqa çarələri yox idi. Həmin qatar 45-dəqiqəyə yaxın NORAŞEN stansiyasında dayanırdı.

Şərur dəmir yol vağzalı
Elə uşaq olurdu ki, 3 aylıq kanikul ərzində 1000 rubla yaxın pul yığırdı. Dəqiq yadımdadır, həmin biznesdən mən bir manat da olsun qazana bilmədim. Etiraf edim ki, bacarığım çatmadı. Çünki bizə ailədə daha ciddi nəzarət edirdilər. Ancaq dərs oxuyurduq, bir də idmana gedirdik. Sonra formasiya dəyişdi. Sən demə, belə quruluşda yaşamaq üçün ancaq savad tələb olunmurmuş. İndi baxıb fikir verirəm ki, nədənsə, məhz uşaqlıqda NORAŞEN stansiyasında ən çox pul qazanmağı bacaran həmyaşıdlarımız hazırda çox böyük vəzifələri tuturlar.
Adlarını sadalasam inanmazsınız, ancaq əminəm ki, çoxlarını tanıyarsınız. Bir məhlə uşağı kimi, hamısına böyük hörmətim var. Çünki uşaqlığımız bir yerdə keçib, həmin anları unutmaq mümkün deyil. İnsafən deyim ki, onlar da mənim hörmətimi dərindən saxlayırlar. Yazını oxuyan şərurlulardan bir xahişim var. Bu mövzu ilə bağlı tanıdığınız kimlərinsə adını məqaləyə aid şərh bölümlərində yazmayın. Əminəm ki, onları yaxşı tanıyırsınız…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi