06-04-2016 [00:10]
Ələsgər MƏMMƏDLİ, Media üzrə ekspert
Qarşılıqlı atəşkəsdən sonra sosial şəbəkədə və mediamızda bir ümid yaranıb ki, bu qısamüddətli hərəkətlilik və iki yerdə ermənilərin təmas xəttindəki ilk sipərinin aşılması böyük qələbədir və erməniləri Qarabağın dağlıq hissəsi, Laçın və Kəlbəcər istisna olmaqla digər rayonlardan çıxarmağa yetəcək.
Hətta bəzi yorumlarda bu fikrə rast gəlirəm ki, guya Rusiya da gizlində bunu istəyirmiş, ATƏT-in Mİnsk qrupunun həmsədrləri də buna erməniləri məcbur edəcək.
Bu fikrə qatılıram ki, 22 ildən sonra ilk dəfə cəbhə xəttində mövqe üstünlüyü qazandıq. Bu tabloda həyatını verən bütün qəhrəman şəhidlərə Allah rəhmət eləsin və mübarizədə yuxusuz gecələr keçirən digər əsgərlərimizə Allah qüvvət versin!
Lakin yuxarıdakı digər yorumların heç heç birinə qatılmıram. Çünki, ATƏT-in həmsədrləri ermənilərə nəyisə məcbur etmək istəsələr geridə qalan 22 ildə edərdilər. Yəni, Minsk qrupunun 22 ildə etdikləri önümüzdəki ay və illərdə edəcəklərinin də təminatıdır…
Bir sözlə, xüsusilə Rusiyanın arxa baxçası sayılan Qafqazda digər iki həmsədr ölkə Rusiyanın açıq dəstəkləmədiyi çözümü tərəflərə məcbur etməz. Hələ bu məcbur edəcəkləri tərəf Ermənistandırsa heç etməz. Rusiyanın tutumunu isə müzakirə etmək sadəlöhvlükdən başqa bir şey deyil. Bu gün torpağa tapşırdığımız 16 şəhidi, dünən, daha öncəki günlər, aylar illər ərzində bu münaqişədə həyatını itirən 30 mindən çox şəhidimizi məhz bu həmsədr ölkə Rusiyanın silahları həyatlarından edib. Üstəlik, bu silahları ermənilər qazancları ilə almayıblar, onlara hər dəfə kütləvi şəkildə bağışlanıb. Bzim pulumuzu alıb, bizə silah satdıqları halda, ermənilərə bağışlayıblar.
Yəqin ki, yaxın günlərdə ATƏT-in təşəbbüsü ilə tərəfləri danışıq masasına gətirəcəklər. Fərqli Avropa ölkələrində bir araya gəlib, yenə sonu görünməyən danışıq proseslərinin davam etdiyi hekayələrini eşidəcəyik. ATƏT hər dəfə "sülh danışıqlarından başqa münaqişənin çözümü yoxdur”-açıqlamasını verəcək və irəliyə doğru bir addımın atıldığını bildirəcək. Biz də cəmiyyət olaraq nəticəyə gedən addımların sayını bilmədən "irəliyə atılmış” hər addımı saymaqla Qarabağa uzaqdan baxmağa davam edəcəyik.
Amma bu dediklərimin olmaması üçün çox ciddi bir xətt müəyyən olunmalıdır. Azərbaycan bündan öncə bir prinsiplə masaya otututdu: "Münaqişə ərazi büyövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır”. İndi bu prinsipin yanına bir digər prinsip əlavə olunmalıdır: "Münaqişə ərazi büyövlüyü prinsipi çərçivəsində və konkret bir ay müddət ərzində öz həllini tapmalıdır, əks halda sorumluluq ATƏT-in Minsk qrupundadır”.
Əgər son rəsmi açıqlamalar yalan deyilsə belə bir şərti irəli sürməyimizi indiki mövqeyimiz tələb edir.
Unutmayaq, 22 ildən sonra xalqda da bu prosesin yekunlaşa biləcəyinə və orduya böyük İNAM var. Bunu boşuna xərcləmək xəyanət olar!
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib