29-03-2016 [11:46]
Fikrət Yusifov,
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor
Son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün səviyyələrdən ciddi şəkildə tənqid olunur.
Bu tənqidin əsas səbəbi, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil, xarici valyutada götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir.
Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan əlavə, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur. Belə ki, son zamanlar banklar borca ehtiyacı olan müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə, onların zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə və iki dəfə baha faizlə (ən azı 60-70%) təklif edirlər.
Bununla da bank bir tərəfdən özü üçün təminatsız kredit problemini həll etmiş olur, digər tədəfdən isə öz qazancını ən az iki dəfə artırır. Nəticə etibarilə, ehtiyac içində olan və öz problemini həll etməyin yolunu yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit götürməkdə görən insanlar lombardların vasitəsilə bankların girovuna çevrilirlər. Bu insanların heç xəbəri də olmur ki, onların lombarda girov qoyduqları zinət əşyaları əslində bankların özündə saxlanılır. Lombard burada sadəcə, vasitəçi rolunda olur. Elə bu səbəbdəndir ki, kimsə imkan tapıb, öz zinət əşyalarını lombarddan geri almaq istəyəndə, o ciddi problemlərlə üzləşir. Çünki bankın kredit şərtləri ilə lombardın verdiyi borcun şərtləri fərqlidir və bu fərqlilik müştəri öz zinət əşyasını lombarddan geri almaq istəyəndə problemlər yaradır. Bütün hallarda vətəndaşlar incidilir, onlar praktik olaraq müflis olmaq həddinə çatdırılır və nəticə etibarilə baş verənlər insanların hakimiyyətdən narazığına gətirib çıxarır. Belə özbaşınalıqlarla üz-üzə qalan vətəndaş, tək lombardı və ya bankı deyil, eyni zamanda hakimiyyəti günahkar bilir. Keçən ilin sonlarından lombard fəaliyyətinə verilən lisenziyaların ləğv edilməsi isə bir neçə ay ərzində onların sayının, yağışdan sonra göbələk kimi artmasına gətirib çıxardı. Bəzi hesablamalarla indi ölkə ərazisində 1500-ə qədər lombard fəaliyyət göstərir və onların fəaliyyəti heç bir qanunla tənzimlənmir. Yəni bu gün bu sahədə tam özbaşınalıq hökm sürür. Lombardlar müştərilərlə istədikləri kimi davranırlar. Bu səbəbdən də təcili olaraq "Lombard fəaliyyəti haqqında” qanun qəbul edilməlidir.
Biz bundan əvvəlki açıqlamalarımızda təklif etmişdik ki, ölkədə lombard kimi fəaliyyət edən banklar dərhal bağlansın. Bu bankların fəaliyyəti cəmiyyətdə narazılıq və qarşıdurma yaratmağa köklənib. Lombard xisləti ilə fəaliyyət göstərən banklardan ölkənin real sektoru nə fayda götürə bilər? Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər. İndi də sırf lombard donuna bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir. Biz artıq xeyli vaxtdır ki, bankları verdikləri kreditin taleyini yalnız girov götürməkdə gördükləri üçün qınayırıq. Bu gün girovunu hər hansı bir formada alan bankı, götürülən kreditin necə qaytarılacağı praktik olaraq düşündürmür. Bank, müştərinin real gəlirlərinin vəziyyətini və ya onun kredit aldığı layihənin nə qədər real olduğunu heç üzdən də araşdırmır. Çünki, ikiqat girov götürməklə o, verdiyi krediti 200% sığortalaya bilir və bununla da vəzifəsini bitmiş hesab edir. Çünki bank arxayındır ki, borcu olan vətəndaşın evini də, maşınını da, bağını da, başqa əmlakını da əlindən asanlıqla almaq olar. Əslində isə bank, kredit verdiyi tərəfin maddi imkanlarını və ya layihənin gerçəkliyini on dəfə ölçüb-biçdikdən sonra bu krediti verməlidir.
Bank sistemində yaranmış bu vəziyyət bank islahatlarının digər islahatlardan daha sürətlə aparılmasını zəruri edir. Çünki ölkə iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması yolunda real sektora real dəstək də banklardan gəlməlidir. Fikrimizcə Azərbaycanda ilkin mərhələdə 10-a qədər bankın olması və sonradan onların da sayının iki dəfə azaldılması ən optimal seçim olardı. On milyona yaxın əhalisi olan Azərbaycana, geniş şəbəkəsi olan, sahə maraqlarına istiqamətlənmiş 4-5 bank tam kifayət edər. Lombard – dükan xislətli bankları isə onların nizamnamə kapitalına olan təlabatı 10 dəfə artırmaqla sıradan çıxarmaq lazımdır. Belə olarsa, onda müştərilər banka üz tutanda, onlara lombard xidməti deyil, sivil bank xidməti göstəriləcəkdir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib