31-12-2015 [16:31]
Ay ərzində tələb və arzu olunan dörd köşəmi yazdığımdan, gələn ilin ilk on günlüyünədək marağıma səbəb olacaq mühüm bir hadisə baş verməyəcəyi təqdirdə yazı yazmaq fikrim yox idi. Ancaq baş redaktorumuz Elbrus Ərudun "Nadir müəllim, nə əcəb ilin yekunlarıyla bağlı bir yazı yazmırsız?” sualı üzərində düşünməyə bilmədim və qərara gədim ki, köhnə ildə olanlardan yox, yeni ildə görmək istədiklərimdən yazım...
Beləliklə, təzə ildə dünyada və ölkəmizdə əsasən nələrin olmasını istərdim?
Dünyada:
1. Hər şeydən öncə bir neçə ildir Suriyada yüz minlərlə insanın canını alan, milyonları didərgin salan, evləri, yurdları, xanımanları xaraba qoyan, getdikcə genişlənərək bütün bölgə və dünya üçün təhlükəyə çevrilməkdə olan savaşın sona çatmasını;
2. Bütün dünyanı qorxuya salan İŞID adlı qorxunc kabusun varlığına birdəfəlik son qoyulmasını;
3. Dövlətlərin bir-birinə qarşı terrordan, bakterioloji silahlardan istitifadə etməsinə son qoyulmasını;
4. Türkiyə ilə Rusiya arasında başı verən və daha çox sadə insanlara ziyan vuran münaqişənin, iqtisadi embarqoların, informasiya müharibəsinin bitməsini;
5. Enerji resurslarının, xüsusilə də, neftin insanların bədbəxtlik yox, xoşbəxtlik mənbəyinə çevrilməsini;
6. ABŞ və onun Avropadakı müttəfiqlərinin demokratiya və insan haqları şüarlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi praktikasına son qoymalarını, başqa ölkələrə və xalqlara daha adil və mərhəmətli davranmalarını;
7. Ukraynadakı iç savaşın bitməsini;
8. Qlobal istiləşməyə qarşı daha real və səmərəli addımlar atılmasını;
Ölkəmizdə:
1. Hakimiyyətin siyasi və iqtisadi islahatlara getməsini;
2. Hakim partiyanın demokratikləşməsini, öz sıralarına mütərəqqi düşüncəli insanları cəlb etməsini;
3. Eyni prosesin müxalifət partiyalarında da getməsini;
4. İqtidarla müxalifət arasında ölkəni siyasi, iqtisadi, mənəvi böhrandan çıxarmaq üçün səmimi dialoqun başlanmasını;
5. Müxalifətin, QHT-lərin xarici asılılıqdan qurtulmasını;
6. Ölkənin ictimai həyatında vicdanlı ziyalıların çəkisinin artırılması üçün münbit şərait yaradılmasını;
7. Yaltaqlığa, mənfəəətpərəstliyə, mənsəbpərəstliyə hesablanmış siyasətə son qoyulmasını;
8. Vəzifəli adamların kadr seçərkən ancaq öz qohum-əqrəbalarına, dost-aşnalarına üstünlük vermələri praktikasından tədricən imtina edilməsini, peşəkarlığa üstünlük verilməsini;
9. Təhsilə, mədəniyyətə, ədəbiyyata, kinoya, teatra ayrılan vəsaitin və diqqətin qat-qat artırılmasını;
10. Orta məktəblərdə pul yığma ənənsinə, ali məktəblərdə rüşvətlə imtahan vermə ənənsinə tamamilə son qoyulmasını;
11. Səhiyyəmizin formal statusdan azad olunmasını, real mahiyyət kəsb etməsini;
12. Televiziyaların və digər media orqanlarının dünya standartları səviyyəsinə çatdırılması üçün təcili hərəkətə keçilməsini;
13. Ölkədə kitab çapının və oxucuların sayının ən azı iki dəfə artmasını;
14. Rüşvətxorluğun, korrupsiyanın, məmur özbaşınalığının cilovlanması üçün görülən tədbirlərin daha da genişləndirilməsini və sərtləşdirilməsini;
15. Hər cür inhisarçılığın aradan qaldırılmasını, azad sahibkarlıq üçün maksimum şərait yaradılmasını;
16. Nazirliklərin, komitələrin, idarələrin, yerli icra hakimiyyəti orqanlarının öz işlərinə daha məsuliyyətli yanaşmalarının, işlərini keyfiyyətli şəkildə qurmalarının təmin olunmasını, bunun üçün ciddi kadr islahatları aparılmasını;
17. İşıq, qaz, su və digər kommunal xidmətlərdə kart sisteminə keçidin tamamlanmasını, əhalinin bu qurumların əliəyri məmurlarıyla hər hansı ünsiyyətinə son qoyulmasını;
18. Polislərin sırf öz vəzifə borclarını yerinə yetirməsini, heç kəsi şərləməməsini, ticarət obyektlərindən xərac almağı tamamilə yığışdırmasını, PPX-ların küçə ticarətçilərindən sədəqə toplamasına son qoyulmasını;
19. İqtidarın siyasi fəaliyyətinə görə heç kəsi həbs etməməsini, müxalifətin də siyasi məhbus adıyla alver etməməsini;
20. Əhalinin mədəni səviyyəsinin yüksəlməsi üçün dövlətin effektiv və uzunmüddətli bir proqram hazırlayıb həyata keçirməsini;
21. Hər cür saxtakarlıqdan, yalançılıqdan, haramzadəlikdən, vicdansızlıqdan imtina edilməsini;
22. Ordumuzda nizam intizamın daha da güclənməsini, əsgərlərimizin ölməməsini, xüsusilə də, qeyri-döyüş şəraitində öldürülməməsini;
23. Qarabağ probleminin həllində, axır ki, bir işıq ucu görünməsini.
Ən ağrılı dərdimiz olan Qarabağı ona görə ən sonda yazdım ki, bizi Qarabağa aparan yol məhz ondan əvvəl sadaladığım problemlərin həllindən keçir.
Qarşıdan gələn Yeni – 2016-cı ilimiz sözün həqiqi mənasında MÜBARƏK olsun!
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Çin lideri İlham Əliyevə məktub göndərdi: "Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük və..."
Milli Məclisdə Amnistiya aktı müzakirə olunur
Milli Məclis bəyanat qəbul edib
Axtarışa verilən aparıcı Quran kitabı paylaşdı: "Ölkəmə dönəcəm"
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
Spikerdən Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə sərt reaksiya: "Qətiyyətlə rədd edirik" - Komissiya yaradıldı
Türkiyədə daha bir jurnalist saxlanıldı - Şərhə görə
Rektorun müşaviri maşını əks istiqamətdə saxladı - VİDEO
Tofiq Yaqublu kassasiya şikayəti verib
ABŞ-da professoru evində, 11 nəfəri isə universitetdə güllələyən keçmiş tələbə ölü tapıldı - Təfərrüat
Sumqayıtda hoteldə yanğın olub (Yenilənib)
AVROPA UKRAYNAYA 90 MİLYARD KREDİT AYIRDI: "Bu borc yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytarılacaq"
"Qızıl külçə" işi: gömrükçülər hökmdən şikayət veriblər
Azərbaycan nefti cüzi bahalaşıb
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 170 şübhəli qandallandı
TFF qərar verdi - "Yeni Malatyaspor" daha aşağı liqaya düşürüldü
Konfrans Liqasında uduzan komandanın Baş məşqçisi: "Çox məyusam"
Baş katib Ukraynanın NATO-ya yolunu qapatdı, Putinə isə xəbərdarlıq etdi: "Praktik olaraq mümkün deyil, Rusiya isə bilməlidir ki..."
Məşhur müğənnilərin həbsi... - Türkiyəni çalxalayan əməliyyatdan yeni xəbər var (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" “Sabah”a uduzdu - Liderlikdə əldən çıxdı
Qəzzada gərginlik: üç uşaq yaralanıb
Putinin sözçüsü: "Bunu çox təhlükəli hesab edirik"
Kreml: "ABŞ rəsmiləri ilə yeni görüşə hazırlıq gedir"
Ziraat Türkiyə Kuboku: "Gənclərbirliyi" geri düşdüyü matçdan qalib
Konfrans Liqası: türk klubu Almaniyada gücünü sınayacaq
Leyla Əliyeva ÜST-in xüsusi nümayəndəsi ilə görüşüb
Vilayət Eyvazov Federasiya prezidenti seçilib
Amazon Web Services Azərbaycanda