13-06-2015 [12:35]
Seymur BAYCAN
Tam səmimi deyirəm, mənsub olduğum xalqın, yəni azərbaycanlıların sevincləri və kədərləri, eləcə də yaşadığım ölkədə baş verən hadisələr mənim üçün artıq tam maraqsızdır.
Yaxın dost-tanışı nəzərə almasaq, zəruriət yaranmayıbsa, heç kimlə ünsiyyətə girmirəm. Mən təkcə azərbaycanlıların dilini bilirəm, qalan bütün əlaqələr kəsilib. Könül Kərimovanın təbirincə desəm, öz balaca dünyam var.
Dəli bütün gün öz penisiylə oynayan kimi (atalar məsəlidir və təbii ki, atalar məsəlindeki sözü penis sözüylə əvəz etmşəm), mən də bütün günü öz balaca dünyamla oynayıram. Lakin bəzən bu balaca dünyamla rahat oynamağa da imkan vermirlər. Bəy, filan hadisəyə niyə münasibət bildirmədin? Bəy, filan şey haqqında niyə yazmadın? Bu cür suallarla adamı narahat edib, öz balaca dünyamla rahat oynamağa maneçilik törədirlər. Bəyin ağzını ...lər , bəy bəyəm hər hadisəyə münasibət bildirmək öhdəliyi götürüb?
Əvvəla, hamının yazdığı mövzu haqqında yazmaq və danışmağı sevmirəm. Ona görə yox ki, özümü qəsdən kənara çəkib, fərqli görünmək istəyirəm. Xeyr. Ona görə ki, hamının yazdığı mövzu haqqında yazmağı, xorda oxumağı sevmirəm. Həmişə gündəmdən qaçmışam. O hadisə haqqında ki, hamı yazır və danışır, həmin hadisə haqqında yazmağa ehtiyac duymamışam. Iqtidar, muxalifət, xalq – bu məhəbbət üçbucağının gərək işinə qarışmayasan. "Yenilməz batalyon” filmində deyildiyi kimi – matroslar dalaşanda, gərək yaxına getməyəsən. Darıxmayın, vuruşarlar, dalaşarlar, sonra sakitləşərlər…
Əlbəttə, istər fərd olsun, istərsə də xalq, reallıq hissini itirmək acı nəticələrə gətirib çıxarır. Qurbanolduğum hərənin ağlını bir cür alır. Ruslar demişkən- Каждый сходит с ума по-своему. İstəklərlə iddialar üst-üstə düşməyəndə, arzularla imkanların sərhədini müəyyən edə bilməyəndə, əvvəl-axır karikatura yaranır. Müxtəlif motivli yüzlərlə miflərin və əfsanələrin əhatəsində yaşayırıq və həqiqətlə rastlaşanda aciz duruma düşürük. Çaşırıq. İki yoldan birini seçmək lazım gəlir. Həqiqəti həzm etmək çətin olur.
Qalır ikinci yol. Özünü arsızlığa qoyub əfsanələrə və miflərə inanırmış kimi göstərmək... Bu, ayrıca bir yazının mövzusudur. Başqa bir yazıda bu haqda daha geniş danışarıq, həm də o yazıya görə əlavə qonorar alarıq. Mövzunu korlamayaq və qonorarı da itirməyək. Nə gizlədim, qonorar olmasa, çətin əlim yazı yazmağa qalxar. Bu, sadəcə bir kiçik anons idi.
İndi belə bir vəziyyət yaranıb. Adamlar gərək seriallardan çıxıb, təzədən həyata qayıtsınlar. Adam danışırdı, amma onu diqqətlə müşahidə edəndə, ona diqqətlə qulaq asanda görürdün ki, danışan özü deyil, serial qəhrəmanıdır. Həyatda yox, serialda yaşayırdı. Elə bilirdilər, hər şey beləcə də davam edəcək. İndi gərək adamlar həyat tərzlərində təzədən dəyişiklik etsinlər. Artıq xərcləri ixtisara salsınlar.
Məsələn, əvvəllər bağlarda, həyətlərdə meyvə çürüyürdü, camaat oturub, seriallara baxırdı, laqqırtı vururdu. Yüngülvari zəhmət çəkib kompot hazırlamaq imkanı varkən, gedib mağazadan tərkibi şübhəli şirələr alırdılar. İndi gərək qadınlar tənbəllik etməsinlər. Əllərinə keçəni doldursunlar bankalara. Turşular, mürəbbələr, kompotlar, cemlər... Hər halda, yavanlıqdı. Evdə heç nə olmasa da, çörəyi mürəbbəyə batırıb yemək olar. Kişilər də gərək tənbəllik etməsinlər. Əllərinə keçəni, nəyi qıcqırtmaq mümkündürsə töksünlər boçkalara qıcqırtsınlar. Çünki bu qış çox ağır gələcək. Baş verənləri ayıq başla həzm etmək çox çətin olacaq. Ona görə də çalışıb, bacardıqca mümkün qədər çox meyvə qıcqırtmaq lazımdı.
Həmçinin bəzi xanımlar pizza-mizza, salat-malat sifariş vermək söhbətlərinə və bu kimi digər söhbətlərə xitam versələr, çox yaxşı olar. Qurtarın bu komediyanı. Artıq yemək bişirməyi öyrənməyin, bütöv götürəndə, arzularla imkanların sərhədini müəyyən etməyin zamanıdır. (Zəruri qeyd: müəllif bu sətirləri yazarkən, qətiyyən cinsi ayrı-seçkiliyə, seksizmə yol vermir, sadəcə Azərbaycan xalqının məişət spesifikasından, bu sahədəki stereotiplərdən çıxış edərək, sadalanan məişət işlərini qadınlara aid edir. Red.) Onsuz da şərait sizə yemək bişirməyi öyrədəcək, amma yaxşı olar ki, özünüz bəribaşdan könüllü surətdə öyrənəsiniz.
Hə, bir də paltarlarla, ayaqqabılarla ehtiyatlı davranmaq lazımdı. Daha əvvəlki kimi onları hara gəldi tullamaq , necə gəldi geyinmək olmaz. Ümumiyyətlə tarix göstərir ki, serialdan təzədən həyata qayıtmaq nə qədər maraqlı bir proses olsa da, həm də çox ağrılı prosesdir. Hər adam serialdan həyata qayıda bilmir. Bu barədə müxtəlif səpkili çoxlu əsərlər yazılıb. Bu əsərlərdən belə bir nəticə hasil olur ki, insan deyilən bir varlıq gərək heç vaxt reallıq hissini itirməsin.
Qərəz, gərək ayağını yorğanına görə uzadasan. Ümumilikdə götürəndə hamımıza çətindi. Lakin bütün bu baş verənlərə baxmayaraq müsbət enerji verən, adama yaşamaq və yaratmaq həvəsi ötürən mənbələr, movzular da axtarıb tapmaq mümkündür. Məsələn, bu il nədənsə pomidorlar çox dadlıdır. Buna çox sevinirəm. Həm də ona görə sevinirəm ki, bu tək mənim fikrim deyil.
Ağzının dadını bilən bir neçə adamdan bu haqda eşitmişəm. Onlar deyirlər: - deyəsən bu il pomidor çox dadlıdır. Öz növbəmdə həmsöhbətimin fikrini təsdiq edirəm – hə düzdür, bu il nədənsə pomidorlar çox dadlıdır. İki adamın fikri üst-üstə düşür və biz bu il pomidorların çox dadlı olmasına ürəkdən sevinirik. Özündən savayı başqa bir adamın da bu il pomidorların dadlı olmasıni derk etmesi ve buna inanması nə qədər gözəldir. Özümü tanıyıram və dəqiq bilirəm ki, nə baş verirsə versin, bu il yaddaşımda dadlı pomidor mövsümü kimi qalacaq.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib