İcra başçısı 32 nəfəri vəzifədən azad edib

img

01-04-2026 [16:45]


İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

Məlumata görə, Gədəbəyin icra başçısı vəzifəsini icra edən Natiq Nağıyevin əmri ilə 32 nəfər işdən çıxarılıb.

İşini itirənlərin əksəriyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Xatırladaq ki, Gədəbəyin sabiq icra başçısı Orxan Mürsəlov 2025-ci ilin noyabr ayında Göyçay rayonunun icra başçısı təyin edilib. Həmin vaxtdan etibarən Gədəbəydə icra başçısı vəzifəsini Natiq Nağıyev icra edir/unikal.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA