SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub

img

01-04-2026 [09:01]


ABŞ və İsrailin İrana bir aydan çoxdur davam edən hücumu ilə pozulan beynlxalq qanun və prinsiplərdən sonra dünyanın bir çox ölkələri 1941-45 müharibəsindən sonrakı Soyuq Savaş dövrünə uyğun hazırlığa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-dan artan rəqabət və təhlükəsizlik riskləri ilə üzləşən dünyanın nəhəng ölkələrindən biri Çin artıq yeni dövrə uyğun qərarlar qəbul edib.

Məlumaa görə, rəsmi Pekin Soyuq Savaş dövründəki kimi "Üçüncü Cəbhə" strategiyasını canlandırmağa start verib və bu məqsədlə ölkə daxilində müdafiə və sənaye üçün ehtiyat bazalar yaratmağa başlayıb:

“İlk dəfə 1964-cü ildə Mao Zedong tərəfindən irəli sürülən bu strategiya, potensial hücuma qarşı dik və uzunmüddətli dayanmaq üçün ölkənin daxili və dağlıq bölgələrində gizli sənaye və müdafiə infrastrukturu yaratmağı hədəfləyib. Təxminən 15 milyon insanın işlədiyi layihə Vaşinqtonla münasibətlərin yumşalması ilə 1970-ci illərin sonlarında təxirə salındı. İndisə yenidən bu strategiyaya geri dönülüb”.

“The Guardian”ın təhlilinə görə, Pekin bunu İrana hücum kontekstində daha vacib və ön plan kimi sürətl həyata keçirməkdə qərarlıdır: “Bu addım mümkün işğal və ya qlobal təcrid riskinə qarşı ölkənin dayanıqlığını artıracaq. Təhlillər göstərir ki, bu yanaşma müasir "Üçüncü Cəbhə"nin əlamətidir və Si Cinpinin administrasiyası mümkün münaqişə ssenarilərinə hazırlaşır”.

Tarixçi Kovel Meyskens nəşrə açıqlamasında deyir ki, Çin indi keçmişdən daha güclüdür və hərbi potensialı ABŞ ilə rəqabət apara biləcək səviyyəyə yaxındır: “Çinin müdafiə xərcləri 2024-cü ilə qədər 317,6 milyard dollara çatıb, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu isə ölkənin silah idxalının son illərdə 70 faiz azaldığını bildirir. Bu, daxili müdafiə istehsalının gücləndiyini göstərir”.

Mütəxəssislərin fikrincə, bütün bu inkişaflar qlobal güc rəqabətinin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. 

Meyskens mövcud vəziyyəti "xəyali düşmən mühitinə qayıdış" kimi təsvir edərək, dünyanın faktiki olaraq yeni Soyuq Müharibə dinamikasına yaxınlaşması ilə izah edib.

Lamiyə 
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA