Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
01-04-2026 [09:25]
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.
Mia.az Teleqraf-a istinadən xəbər verir ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə əşyaların dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Məhəmməd Pənahov isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, söhbət ümumi dəyəri 300 min manat olan əmlakdan gedir.
Buraya 17 adda qızıl-zinət əşyası, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsəri, ümumi dəyəri 60 000 manat olan iki çamadan şəxsi əşya, 40 adda cehiz əşyası, 10 000 manat pul, 40 adda şəxsi geyim əşyaları, doqquz adda ziyafət paltarları daxildir.
Onlardan bir neçəsini təqdim edirik:
1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar - 150 000 AZN;
2) Brilyant təkqaş üzük - 50 000 AZN;
3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş təkqaş üzük - 40 000 AZN;
4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar - 11 000 AZN;
5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar - 7 000 AZN;
6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar - 20 000 AZN;
7) Brilyant üzük - 1 500 AZN;
8) Brilyant üzük birkaratlıq zümrüd daşla, yanlarda 0.5 karatlıq 10 brilyant daşla - 1 500 AZN;
9) Ağ qızıldan brilyant qolbaq (“Roberto Coin” 23 qram) - 3 000 AZN;
10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (“Roberto Coin” 23 qram) - 3 000 AZN;
11) Qızıl qolbaq xırda brilyantlarla - 1 500 AZN;
12) Sadə qızıl qolbaq - 700 AZN;
13) Qızıl üzük kiçik brilyantla - 550 AZN;
14) “Rado” İsveçrə saatı - 4 400 AZN;
15) “Tissot” saatı - 3 000 AZN;
16) “Versace Hellenyium” saatı - 2 266 AZN;
17) “Swarovski” saatı - 824 AZN;
Qeyd edək ki, H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı.
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO