Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-10-2023 [00:19]
Qoç - narahat olmayın, nigaranlığa qapılmayın. Bədbin olmayın, aktiv çalışın. Gününüzü korlamayın. İşlər nə qədər çox olarsa, situasiyanızı bir o qədər nəzarətdə saxlaya bilərsiniz. Məhsuldar çalışın. Nəticələr səylərinizə proporsional olacaq. Günün ikinci yarısında qəfil görüşlər olacaq. Onların əksəriyyəti xoş olmayacaq. Bir zamanlar xətrinə dəydiyiniz insanın könlünü alın. Axşam saatlarına yaxın o qədər də xoş olmayan xəbərlər alacaqsınız. Gəlirlər istisna deyil.
Buğa - günün ilk yarısında mühüm qərarlar qəbul etməyin. Qarışıq, laübəli, mürəkkəb gündür. Səhv riski artır. Anlaşılmazlıqlar və gərgin münasibətlər başladığınız işləri bitirməyə mane olacaq.
Günün ikinci yarısında situasiyada ciddi dəyişikliklər olacaq. Məhz bu zamanda aktiv fəaliyyətə başlayın. Tərəfdaşlıq üçün əlverişli zamandır.
Axşam saatlarında diqqətli olun. Qonaqlar gələcək. Hədiyyə və xoş sürprizlər istisna deyil. Şərtlərin uğurlu axarı maliyyə müstəvisində əlverişli zamandır.
Əkizlər - günün ilk yarısı qeyri-adi olacaq. Problemlərin həllində orijinal variantlar arayın. Sonuclarla yaxın ətrafınızdakı insanları təəcübləndirə bilərsiniz. Yaşanacaq olaylar yaşamınızda ciddi dəyişikliklərə səbəb olacaq.
Günün ikinci yarısında yeniliklərə müqavimət göstərməyin, yaxınlarınızla mübahisə etməyin. İşdə rəhbərliklə fikir ayrılıqları istisna deyil. Qarşıdurmaya yol verməsəniz də, münaqişələrdə bəlli gərginlik olacaq.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər istisna deyil. Allergiya riski var. Zərərli vərdişlərdən imtina edin. Pəhriz saxlamaq olar.
Xərçəng - günün ilk yarısı asan və rəvandır. Ruh yüksəkliyiniz var. Ən ağır işlərin öhdəsindən gələ biləcəyinizi düşünürsünüz. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Reallığı dəyərləndirin, praqmat olun.
Günün ikinci yarısında görüşlərlə danışıqlar gözləntiləri doğrultmayacaq. Maliyyə problemləri istisna deyil. Axşam saatlarına yaxın işgüzar aktivlik arta bilər. Həddən artıq çalışmayın. Yaxınlarınızla mübahisə etməyin. Müzakirələrdə konstruktiv olun. Ailə üzvlərinin qayğısına qalın. Münaqişələrin qarşısını alın.
Şir - diqqətli və sayıq olun. Ən kiçik işlərə ciddi münasibət bəsləyin. İndiyədək öhdəsindən asanlıqla gəldiyiniz işlər indi daha mürəkkəb təsir bağışlayır. Problemlərin həlli üçün daha çox səylər göstərməli olacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var gücünüzlə çalışın.
Günün ikinci yarısında qıcıqlı, aqressiv olmayın. Belə davransanız, nüfuzlu düşmən qazanacaqsınız.
Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onları pərişan etməyin. Onlara qayğı göstərin, diqqətli olun. Axşam saatlarında romantik görüşə dəvət ala bilərsiniz. Etiraz etməyin.
Qız - günün ilk yarısı gərgin, çətin olacaq. Əsəbləşərək səhvlərə yol verməyin. Xoşagəlməz söhbətlər, münaqişələr, münasibətlərin aydınlaşdırılması istisna deyil. Müttəfiq saymağa adət etdiyiniz insanların sizə münasibəti dəyişə bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Dəyər verdiyiniz insanlarla təmasları aktivləşdirin. Maliyyə məsələlərinin müzakirəsini ertələyin. Əks təqdirdə fikir ayrılıqları və ixtilaflar yarana bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısı uğurlu zamandır. Müxtəlif kommersiya anlaşmaları, ticarət, sövdələşmə və müqavilələr üçün əlverişli zamandır. İşgüzar duyumunuz kəskin olmalıdır. Pullarınızı boş və mənasız məqsədlə xərcləməyin. Maliyyə problemlərinin həllini ertələyin. Məhsuldar çalışsanız, əməyinizin nəticələrindən razı qalacaqsınız.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə irəliləyişə nail olacaqsınız. Təmasları daha etibarlı və miqyaslı edin. Köhnə dostlardan biri ilə bağlı münasibətlərə yenildən baxmaq olar. Axşam saatlarını romantik keçirmək olar.
Əqrəb - əsəbləşməyin, aqressivləşməyin. Narahatsınızsa, ruhi müvazinətinizi itiribsinizsə, vəziyyət daha da ağırlaşa bilər. Yaşanan olaylar sınaqlardır və onların öhdəsindən gəlməyə çalışın. Prinsiplərinizlə məqsədlərinizdən imtina etməyin. Bu gün sərt qərarlar qəbul etməlisiniz. Günün ikinci yarısında əzmkar olun.
Kiçik anlaşılmazlıqlar, problemləri ürəyinizə salmayın. Şəxsi münasibətləri korlamayın. Uğursuz təsadüfləri təhlil edərək özünüzü suçlamayın. Yeni, heç bir səbəb olmadan problemlər yaratmayın. Fitnələrə uymayın, şirnikləndirici vədlərə inanmayın.
Oxatan - günün ilk yarısında yaranan imkanlardan maksimal dərəcədə effektiv istifadə edin. Fəal olsanız, uğur əldə edəcəksiniz. Tələsin. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Ən sadə işləri bitirmək asan olmayacaq. Həddən artıq mübahisə etməyin, sınanmış müttəfiqlərin xətrinə dəyməyin.
Günün ikinci yarısında müttəfiq və dostlarınızdan bəziləri sizə yardım etməkdən boyun qaçıra bilərlər.
Önəmli maliyyə məsələlərinin həlli ilə məşğul olmayın. Alış-veriş üçün münasib zamanı deyil. Ciddi məqamların müzakirəsini təxirə salın. Asan və maraqlı iş tapın. Öz əhvalınızı korlamayın, yaxınlarınızın xətrinə dəyməyin.
Oğlaq - günün ilk yarısı hadisələrlə zəngin, əlverişli olacaq. Doğrudur, son vaxtlar sizi narahat edən məsələləri asanlıqla həll etməyə imkan yaranmayacaq. Amma əhvalınız korlanmasın. Nikbin və aktiv olun. Faydalı tanışlıqlar istisna deyil. Romantik macəralar istisna deyil.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. İşlər ağırlaşır, situasiya çətinləşir. Başladığınız işlərə marağınız azalmasın. Bədbinliyə qapılmayın.
Dolça - günün ilk yarısı uğurlar vəd edir. Süst olmayın, tənbəllik etməyin. Ağır işdən qorxmayın. Öz işlərinizi görməklə yanaşı, başqasının problemlərini də həll etməli olacaqsınız. Belə perspektiv sizi çəkindirməsin.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insanlara yardım edin. İndiyədək sizə layiq olduğunuz qiyməti verməyən insanların mövqeləri, münasibətləri dəyişəcək.
Qəfil gəlirlər, hədiyyələr və sürprizlər istisna deyil. Köhnə dostlar və ya uzaq qohumlardan biri ilə bağlı məlumat sizi sevindirə bilər. Axşam saatlarını ailə işlərinə həsr edin.
Balıqlar - günün ilk yarısında diqqətli olun. Yaşanacaq olaylar az sonra yaşamınıza təsir edəcək. İntuisiyanız iti olsun. Nəyi nə zaman etməyin gərəkdiyini müəyyənləşdirin. Dəqiq olun ki, qərarlarınızla bağlı sonradan təəssüf hissi keçirməyəsiniz. Günün ikinci yarısında yeni peşəkar maraqlar və məqsədlər yarana bilər.
Şəxsi münasibətlərinizdə dəyişikliklər olacaq. Özünüzü daha yaxşı tanıyın. Məziyyətlərinizi dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanlarla dil tapın. Çoxdankı fikir ayrılıqlarını və ixtilafları unudun.
Milli.Az
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib