SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında çərçivə müqaviləsi imzalanıb

img

01-04-2026 [15:53]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb.

Mia.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, imzalanma mərasimi 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi ("EGYPS 2026") çərçivəsində baş tutub.

Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunub.

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov "EGYPS 2026" çərçivəsində "Qlobal ticarət axınlarının yenidən formalaşdırılması" mövzusunda təşkil olunan panel müzakirələrində çıxış edib. O, çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, bu xüsusda ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA