AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB

img

01-04-2026 [14:39]


AFFA 3 klubu yarışlardan kənarlaşdırıb.

Mia.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-12 Liqasında "Pambıqçı", U-11 Liqasında isə "Məhsul"la "Zəfər" klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.

Bu hal üçüncü dəfə təkrarlandığı üçün hər üç klub yarışlardan kənarlaşdırılıb.

Bundan əlavə, U-14 Liqasında keçirilməli olan "İnter" - "Qaradağ Lökbatan" oyunu "İnter" tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında isə "Beyləqan" komandası "Şəfəq"lə oyuna çıxmadığına görə görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA