“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
01-04-2026 [16:56]
“Kontakt Home” mağazalar şəbəkəsindən alınan məhsullarla bağlı şikayətlər səngimək bilmir. Redaksiyamıza daxil olan müraciətlərdə və sosial şəbəkələrdə vətəndaşlar tez-tez məhsulların qüsurlu olduğunu, geri qaytarılmanın isə mümkün olmadığını bildirirlər.
Mia.az bakupost.az-a istinadla xəbər verir ki, şikayət edənlərdən biri də bloger Aygün Qabulovadır. O, sosial şəbəkə hesabında “Kontakt Home”dan aldığı məhsulla bağlı narazılığını ifadə edərək bildirib ki, ötən həftənin cümə günü mağazadan fen alarkən məhsulu yoxlamağa icazə verilməyib. Satıcı isə problem yaranacağı təqdirdə məhsulun geri qaytarılacağını vəd edib:
“Feni evdə işə salanda yanıq qoxusu gəldi, eyni zamanda cızıltılı səs eşidildi. Ertəsi gün məhsulu geri qaytarmaq üçün apardım, amma dedilər ki, bu mümkün deyil, çünki gigiyenik məhsuldur. İlk dəfədir eşidirəm ki, fen gigiyenik məhsul sayılır. Əgər belədirsə, bu barədə satış zamanı məlumat verilməli idi. Nə məlumat verilib, nə də çekdə qeyd olunub.
‘Kontakt Home’un özbaşınalıqları ilə bağlı çox video görmüşdüm, amma bunun mənim başıma gələcəyini düşünmürdüm”.
Bloger qeyd edib ki, məsələ ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib və hazırda cavab gözləyir.
Mövzu ilə bağlıBakupost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, uzun illərdir bu şirkətlə bağlı şikayətlər davam edir:
“Artıq 10 ilə yaxındır ki, “Kontakt Home”dan çoxsaylı şikayətlər daxil olur. Onların iş prinsipi belədir: “Pulunu verdin, sonra məsuliyyət yoxdur”. Aqressiv və bəzən aldadıcı reklam kampaniyaları aparırlar – məsələn, “Başqa yerdə ucuz tapsan, 50 faiz endirim edəcəyik” kimi şüarlar.
Təəssüf ki, bizə daxil olan şikayətlərin təxminən 80 faizini danışıqlar yolu ilə həll edə bilirik, amma “Kontakt Home”la bağlı problemləri demək olar ki, həll etmək mümkün olmur. Rəhbərliyə müraciətlərimiz cavabsız qalır”.
E.Hüseynovun sözlərinə görə, bəzi hallarda istehlakçılar “gigiyenik məhsul” adı altında aldadılır:
“Nazirlər Kabinetinin 114 saylı qərarında dəyişdirilməyən malların siyahısı var. Fen bu siyahıya daxil deyil. Yəni belə məhsulların qaytarılması və ya dəyişdirilməsi mümkündür. Burada açıq manipulyasiya var”.
Ekspert həmçinin Antiinhisar qurumunun fəaliyyətini də tənqid edib:
“Şikayətlər adətən quruma yönləndirilir, amma nəticədə vətəndaşlara “məhkəməyə müraciət edin” deyilir. Bu isə ən qeyri-effektiv və bürokratik yanaşmadır. Problem sistemli şəkildə həll olunmalıdır”.
E.Hüseynov əlavə edib ki, “Music Gallery” mağazası “Kontakt Home” tərəfindən alındıqdan sonra həmin brendlə bağlı da şikayətlər artmağa başlayıb. Onun sözlərinə görə, şirkətdə standartlara uyğun olmayan məhsulların satılması və geri qaytarılmanın mümkünsüzlüyü ciddi problem olaraq qalır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi