Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq

img

12-03-2026 [13:05]


Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Mia.az xəbər evrr ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, "Xüsusi icra məmurları haqqında" Qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə 1 500 manat məbləğində cərimə ediləcək.

Həmçinin xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş nişan geyim forması və xüsusi müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə olunacaq.

Bundan başqa, xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında üç iş günü müddətində reyestri aparan məlumat verilməməsinə orqana görə 500 manat məbləğində cərimə ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA