“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
11-03-2026 [18:00]
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qızlara ağ yaraşır” sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağa başlayan gənc qızlar “Azercell”in qonağı olublar.
Mia.az xəbər verir ki, fəallıqları və nailiyyətləri ilə fərqlənən yeniyetmə cüdoçular “Azercell” əməkdaşları ilə görüşərək cüdoya başlama motivasiyaları, bu idmanın onların həyatında yaratdığı imkanlar və gələcək hədəfləri barədə fikirlərini bölüşüblər.
Görüş “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın, şirkət nümayəndələrinin və Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ülkər Abbasovanın iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Sona Abbasova Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığın müvəffəqiyyətinin qarşılıqlı hörmət, dürüstlük və davamlı inkişaf kimi ortaq dəyərlərə əsaslandığını vurğulayıb: “Qızlara ağ yaraşır” təşəbbüsü də bu əməkdaşlığın mühüm hissəsidir. Layihənin əsas məqsədi qızların cəmiyyətdə rolunun gücləndirilməsinə və onların potensiallarını reallaşdırmaları üçün imkanların yaradılmasına töhfə verməkdir. Bu gün gənc cüdoçu qızların simasında bu təşəbbüsün real nəticələrini görürük. Onlar artıq yerli və beynəlxalq yarışlarda iştirak edir, uğurlar qazanır və digər qızlar üçün ilham mənbəyinə çevrilirlər.”
Qeyd edək ki, “Qızlara ağ yaraşır” layihəsi ictimaiyyət arasında erkən nikah mövzusuna diqqətin artırılmasını, eyni zamanda qızlar arasında idmanın təşviqini hədəfləyən sosial təşəbbüsdür. Layihə indiyədək bir sıra beynəlxalq mükafatlara layiq görülüb.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi