İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var

img

12-03-2026 [09:34]


İran Küveytin cənubunda bir binanı PUA ilə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Küveyt Ordusu Müdafiə Nazirliyinin sözçüsü Polkovnik Səud əl-Ətvan açıqlama verib.

O bildirib ki, Küveytin cənubundakı bir binaya hücumda iki nəfər yaralanıb: "Yaralılar xəstəxanaya yerlşdirlib, durumları orta-ağırdır".

Küveytin Yanğından Mühafizə İdarəsinin sözçüsü Məhəmməd əl-Qərib deyib ki, zərbədən sonra binada güclü yanğın olub: "Sakinlər təxliyə edilib, binada baş verən yanğın söndürüldükdən sonra onlar geri dönüblər".

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA