""Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub - FOTOLAR
11-03-2026 [23:50]
“Ulduz” ədəbiyyat dərgisi ilə Azərbaycan Universitetinin birgə layihəsi olan “ “Ulduz”lu görüşlər” davam edir.
Mia.az xəbər verir ki, filologiya fakültəsinin jurnalda yaradıcılıq təcrübəsi keçən 4-cü kurs tələbələri üçün bu dəfə “Mütaliə mədəniyyəti” mövzusunda görüş keçirilib.
Tədbir Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulovanın təşəbbüsü ilə baş tutub.
Görüşdə ölkənin tanınmış ədəbiyyat və mətbuat nümayəndələri – “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Azərbaycan Universitetinin “Tərcümə və filologiya” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, “Ulduz” jurnalının şöbə redaktoru Taleh Mansur iştirak ediblər.
Görüşün əsas mövzusu mütaliə mədəniyyəti və gənclərin kitaba marağının artırılması olub. Çıxış edənlər müasir dövrdə oxu vərdişlərinin formalaşdırılmasının vacibliyindən, kitabın insanın düşüncə tərzinə və dünyagörüşünə təsirindən danışıblar. Bildirilib ki, mütaliə yalnız bilik əldə etmək vasitəsi deyil, həm də insanın estetik zövqünün və analitik düşüncəsinin inkişafında mühüm rol oynayır.
Tədbir zamanı qonaqlar öz yaradıcılıq təcrübələrindən söz açaraq, gənclərlə səmimi fikir mübadiləsi aparıblar. Tələbələri maraqlandıran suallar cavablandırılıb, oxu vərdişlərinin formalaşdırılması ilə bağlı tövsiyələr verilib.
Görüşdə təcrübəçi tələbə Fəzilə Aydəmirova öz yazdığı şeirləri təqdim edib.
Sonda qeyd olunub ki, bu cür görüşlər gənclərin ədəbiyyata marağının artırılması, mütaliə ənənəsinin gücləndirilməsi və intellektual mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb