Hikmət Hacıyev: "Bu Forum son dərəcə vacib olan bir mövzuya həsr olunub"

img

12-03-2026 [10:01]


Bu gün Bakıda keçiriləcək Qlobal Bakı Forumunun XIII toplantısında 400 nəfər iştirak edəcək.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında yazıb.

Onun sözləriə görə, Qlobal Bakı Forumunun XIII toplantısı "Dəyişən dünyada parçalanmaların aradan qaldırılması" mövzusu ilə başlayır və Prezidenti İlham Əliyev açılış nitqi ilə tədbirdə çıxış edəcək: "Forum beynəlxalq sistemin dərin transformasiyalardan keçdiyi bir dövrdə müasir dünya üçün son dərəcə vacib olan bir mövzuya həsr olunub. Hazırda dünyada bir çox uçuşların ləğv olunduğu və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfrans üçün təxminən 400 iştirakçını bir araya gətirmək ciddi səy və koordinasiya tələb edir. Bu toplantının uğurla təşkil olunması və dialoq, müzakirə üçün platformanın yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir. Bu həm də beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı əks etdirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA