Ərdoğan: "Xameneinin ölümündən kədərləndim"

img

02-03-2026 [00:03]


 "Qonşumuz İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümündən kədərləndim. Türkiyə olaraq, bölgəmizdəki münaqişəyə son qoymaq və diplomatiyaya qayıtmaq üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğan sosial media hesabında yazıb.

O daha sonra qeyd edib: "Cənab Xameneiyə Allahdan rəhmət diləyirəm və qardaş İran xalqına ölkəm və millətim adından başsağlığı verirəm. Türkiyə olaraq, İran xalqı və bölgədəki bütün dostlarımız və qardaşlarımızla sülh və sabitliyi bərpa etmək, bölgəmizdəki münaqişəyə son qoymaq və diplomatiyaya qayıtmaq üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik".

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA