CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"

img

02-03-2026 [00:19]


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ təyyarəşıyan gəmisi "USS Abraham Linkoln"u vurması barədə yayılan xəbərə operativ reakisya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, CENTCOM bu xəbərin tamamilə yalan olduğunu açıqlayıb.

CENTCOM-un təkzib açıqlamasında deyilir: "İran İnqilab Keşikçiləri Korpusu "USS Abraham Linkoln"u ballistik raketlərlə vurduğunu iddia edir. Yalandır. "Linkoln" vurulmayıb. Atılan raketlər gəmimizə yaxınlaşmayıb belə...."

Bildirilib ki, "Linkoln" təyyarədaşıyan gəmisi hazırda İrana qarşı aktiv hücumda yer alır.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) "USS Abraham Linkoln"u dörd ballistik raketlə vurduğunu açıqlamışdı.

Onu da qeyd edək ki, "Abraham Linkoln" təyyarədaşıyan gəmisi Oman körfəzində yerləşdirilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA