MEDİA jurnalistlərə müraciət edib

img

01-03-2026 [11:53]


Medianın İnkişafı Agentliyi Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib.

Mia.az xəbər verir ki, müraciətdə Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axınının müşahidə olunduğu bildirilib.

MEDİA Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırıb: "Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA