TÜRKİYƏ İRANA HƏRBİ MÜDAXİLƏ EDƏ BİLƏR? - Təhlil
26-02-2026 [19:49]
Bir çox xarici mənbələrə görə, Türkiyə ABŞ-ın mümkün müdaxiləsindən sonra İranla sərhəddə yaranacaq güc boşluğunu doldurmaq üçün hərbi əməliyyat planlaşdırır. Türkiyənin miqrant axınının qarşısını almaq üçün sərhəd keçid məntəqələrindən kənarda, İran daxilində bufer zonası yaradacağı iddia edilir.
Əslində yanaşma elə də məntiqsiz deyil, belə bir hal daha əvvəl də olub. Məsələn, Suriya müharibəsi zamanı Türkiyə bu ölkəyə bir neçə dəfə ordu yeridib bufer zonalar yaratmış, terror təşkilatlarını öz sərhəddindən uzaqda saxlamağa çalışmaqla mülki insanların təhlükəsiz yaşaya biləcəyi bölgələr formalaşdırmışdı. Lakin İran Suriya deyil və Türkiyənin bu ölkəyə müdaxilə imkanları çox aşağıdır.
Hazırkı mərhələdə Ankaranın Tehranla bağlı vəziyyətə yanaşması tam və düzgün anlaşılmır. Doğrudur, Türkiyə İranın parçalanmasını və ya hakimiyyətin kənar müdaxilə nəticəsində dəyişdirilməsini istəmir. Daha dəqiq desək, İsrailin təhlükəsizlik reallıqları kontekstində formalaşan və İranın zəiflədilməsi üzərində qurulan ssenarilər Ankara üçün qəbul olunan deyil. Türkiyə regionda nəzarətsiz dağılma və xaosun əleyhinədir.
Lakin digər tərəfdən, İrana yönələn zərbələr və ya ölkə daxilində artan gərginlik fonunda müəyyən demoqrafik və geosiyasi nəticələr Ankaranın maraqlarına uyğun ola bilər. Xüsusilə İranda yaşayan türk mənşəli əhalinin Türkiyəyə doğru miqrasiyası ehtimalının Ankarada fərqli prizmadan qiymətləndirilməsi mümkündür.
Bunun obyektiv və subyektiv səbəbləri var. Belə ki, Türkiyənin şərq vilayətlərində demoqrafik dinamika uzun illərdir həssas məsələdir. Kürd əhalinin artım tempinin yüksək olması, türk kəsiminin isə ölkənin mərkəzi və qərbində məskunlaşmağa daha çox meyl etməsi gələcəkdə separatizm risklərinin yenidən alovlanması ehtimalını gündəmdə saxlayır. Bu kontekstdə, İran mənşəli türklərin mümkün axını Ankara üçün demoqrafik balansın tənzimlənməsi baxımından alternativ faktor kimi görülə bilər.
Buna görə ehtimal ki, sərhəddə yaradılması nəzərdə tutulan mexanizmlərin əsas məqsədi ümumi miqrasiya axınının qarşısını almaqdan çox, təhlükəsizlik riski hesab edilən kürd silahlı və ya siyasi elementlərinin nəzarətsiz keçidini əngəlləməkdir. Yəni prioritet humanitar axının tam bloklanması deyil, etnik-siyasi risklərin idarə edilməsidir.
Beləliklə, Türkiyənin İranla bağlı siyasəti ikili məntiq üzərində qurulmuş kimi görünür. Bir tərəfdən regional xaosun və dövlət kollapsının qarşısını almaq, digər tərəfdən isə mümkün proseslərin doğura biləcəyi demoqrafik və təhlükəsizlik nəticələrini öz strateji maraqlarına uyğun şəkildə yönləndirmək.
Turan Rzayev
MİA.AZ
P.S. Yeri gəlmişkən, dünən rsmi Ankara Türkiyənin İrana müdaxilə ehtimalını təkzib edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi