Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
27-02-2026 [11:37]
"Dünən Xocalıdan-artıq soyqırım və məğlubiyyət deyil, qalibiyyət və milli bütövlük simvoluna çevrilən məkandan dünyaya səslənən prezident İlham Əliyevin Serbiyaya səfəri də son 35 ildə dünyada yaradılan yeni reallıqları görməyə imkan verir. Görüş zamanı prezident Aleksandr Vuçiç bəyan etmişdi ki, Balkanlarda və Cənubi Qafqazda eyni vaxtda başlayan müharibələrdə tək qalib dövlət Azərbaycandır".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin Komitə sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bir vaxtlar keçmiş Yuqoslaviyada qanlı savaşlar Cənubi Qafqazla eyni dalğada cərəyan edirdi:
"Balkanlarda münaqişələr yeni hibrid dövlətin yaranması ilə nəticələndi. “Kosovo modeli”ni Qarabağ üçün də tətbiq etmək istəyirdlər. Avropanın iki hissəsində eyni ssenari-xarici dövlətlərin müdaxilələri, oxşar vasitəçi monopolistlər olsa da fərqli nəticələr baş verdi. Cənubi Qafqazda Azərbaycan tarixin axarını dəyişdirdi, “dondurulmuş münaqişə” termininə son qoydu, yeni geosiyasi reallıqlar yaratdı.
İndi gəlin, bir əsr geriyə baxaq. 1919-1920-ci illərdə ABŞ prezidenti Vudro Vilson arbitraj qərarları ilə Ermənistanın ərazilərini genişləndirmək istəyirdi. Regionun xəritəsi və taleyi kənarda müəyyənləşirdi. İndi isə Qələbəmizin legitimliyi və suverenliyini məhz həmin Vaşinqtonda qəbul olunub.
Bəli, qalib xalq strateji baxışla hərəkət etməlidir. Ermənistanla başlayan ticarət əlaqələrinə yalnız iqtisadi stimul kimi deyil, İrəvanı xarici asılılıqdan qurtaran siyasət kimi baxmalıyıq. Əgər region gerçək inteqrasiyaya nail olsa, kommunikasiyalar açılsa, o zaman xarici himayədarlara ehtiyac azalacaq. Prezident İlham Əliyev dəfələrlə sual edib: axı Cənubi Qafqaz niyə inkişafdan geri qalıb? Çünki daimi savaş meydanı olub.
Dünən başlayan Pakistan-Əfqanıstan qarşıdırması göstərir ki, yerləşdiyimiz region indi dünyada ən böyük risqlərlə üz-üzədir. Lakin Xocalıdan verilən mesajın mənası odur ki, biz artıq qurban deyilik, soyumuz yaşayır və biz təkcə öz taleyimizi yox, regionu və erməniləri də dəyişdiririk".
Zahid Oruc deyib ki, Qələbəmiz təkcə torpaqlarımızı yox, həm də Ermənistanı keçmiş imperiyalardan xilas edir:
"Ona görə də xalqlarımızı barışa hazırlamalıyıq. Doğrudur, yaralarımız təzədir, düşmənçilik dərinə işləyib, lakin Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik.
Məgər tarixdə iki xalq arasında dinc birgəyaşayış olmayıbmı? Əlbəttə olub! İkinci dünya müharibəsində erməni diviziyalarında azərbaycanlılar qəhrəmanlıqla vuruşurdular və “Sovet İttifaqı Qəhrəmanı” adını alan soydaşımız var. Halbuki yalnız baqramyanları, babacanyanları, isakovları qabardırlar.
Erməni kinoşünaslığını Sabir Rzayev adlı çoxlarının tanımadığı həmyerlimiz yaradıb.
70 il sovet Ermənistanını qurub-yaradan azərbaycanlılar bütün vəzifələrdə təmsil olunublar.
Xalqmızın mədəni konstitusiyasını yaradan böyük Üzeyir 1919-cu ildə bütün qafqazlılara müraciət edir və deyirdi- milli və dini ayrılıq bir ittifaqda yaşamağa mane olmur! Gəlin, uvertura kimi sözlərə əməl edib ayırıcı divarlar və səngərlər yox, sülh və əməkdaşlıq körpüləri tikək!"
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi