Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı

img

28-02-2026 [11:44]


Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Mia.az xəbər verir ki, bununla bağlı XİN xəbərdarlıq yayıb.

Xəbərdarlıqda deyilir:

"Vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etmələrini, kütləvi toplaşma yerlərindən uzaq durmalarını, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyətlə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycanın İrandakı Səfirliyi

tehran@mission.mfa.gov.az

+98 905 523 01 07

+98 901 884 55 31

Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu

tabriz@mission.mfa.gov.az

+98 901 414 31 57

+98 935 317 21 01

Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. İsrail və İran hava məkanını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA