550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
24-02-2026 [17:20]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Nə qədər qocalsa da, amma yenə də ac gözlərini Şərq və Qərbdən ayıra bilməyən ikibaşlı rus qartalının Ukraynada yaşadığı faciə bu dəfə uçmaqdan daha çox, sürünərək ömrünün sonunda heç olmasa bir qanlı tikə tapmaq ümidi ilə yaşayan yırtıcının son günlərinə bənzəyir.
Məkrli Moskva tərəfindən cəmisi üç günə (72 saat) bitməsi planlaşdırılan, ancaq bu gün artıq 5-ci ilinə keçən Rusiya-Ukrayna müharibəsi, özünün qanlı nəticələri və qlobal dünyada yaratdığı təsirləri ilə rus işğal düşüncəsinin iflası olaraq tarixə keçməklə, bu iki qardaş xalq arasında da əsrlərlə davam edəcək qanlı düşmənçiliyə də səbəb oldu.
Əslində, 2014-cü ildən Ukraynanın nəhayət ki, rus təsirindən qopub müstəqil olmasından başlayan və 2022-ci ilin 24 fevral günü Kremlin qondarma “denatsifikasiya” və “demilitarizasiya” bəhanəsi ilə genişmiqyası işğal əməliyyatlarına çevrilən bu müharibə dünyanın 2-ci böyük ordusunun nə qədər çürük və nə qədər köhnəlmiş olduğunu bir daha ortaya qoydu. Qısa müddətdə strateji hədəf seçilmiş Kiyev istiqamətində çıxmaza girmiş rus ordusunun məhv edlmiş on minlərlə hərbi texnikası və əsri düşmüş gənc, hazırlıqsız əsgərləri korrupsiya və reket ölkəsi olan Rusiyanın real mənzərəsini də ortaya qoydu. Ukraynaya nə üçün gönədrildklərini belə bilməyən əsir ruslar üçün bu ölkədə rastlaşdıqları faciə daha çox onlara, onların valideynlərinə utanc dolusu bir dərs də oldu. Bu, evində rus dilindən daha çox xarici dillərdə danışan ortabab ruslar da daxil olmaqla dünyanın ərazicə bu ən böyük ölkəsinin öz daxilində başlayan “derusifikasiya”nın da başlanğıcı oldu. Artıq elə Kremlin bülbülləri də daxil olmaqa kimsə, Moskvanın yalanlarına inanmır, ta əksinə hamı onun xarici siyasətdə nə dərəcədə təhlükəli, yaxın qonşularına qarşı nə qədər paxıl və aqressiv, iqtisadi partnyorlarına da qarşı etibarsız olduğunu açıqca görməyə başladı. 70 il xalqlar həbsxanasına çevridiyi SSRİ-nin ortaq gücü və Bakı nefti hesabına alman faşizmini məğlub edib, əvəzində bunu Moskvadakı paradlarda bayram edən rus milliyətçiliyi təkbaşına olduğunda üçgünlük məqsədinə çatmaqda nə qədər aciz, nə qədər yalnız qalmaqla da özünü dünyadan daha da təcrid etdi. Özünə qarşı birbaşa və dolayı koalisiya ilə müharibə aparmaq üçün güvəndiyi iki müttəfiqi isə bu gün Rusiyadan daha çox təklənmiş vəziyyətdə öz hayına qalmaqdadır. Hətta tarix boyu rusların əlaltısı olmuş hayların belə, artıq Kremlin təsir dairəsindən çıxaraq müstəqil şəkildə qonşuları ilə sülh içində yaşamaq arzısı məhz bu dörd ildə Moskvanın itkisi, əvəzində isə qonşu xalqların ən böyük qazancıdır.
Bütün müharibələr qan, ölüm, faciə və dağıntı deməkdir. Dörd ildə təkcə Donbas və Krımda deyli, bütün Ukraynada həlak olan yüz minlərlə insan, dağıdılan yaşayış məntəqələri, məhv edilən mədəniyyət nümunələri, enerji və nəqliyyat infrastrukturu, taxıl zəmiləri təkcə bu gözəl ölkənin deyil, bütün dünyanın itkisidir. Dünyanın taxıl anbarı olan bu torpaqlar rus işğalı altında qaldıqca aclıq çəkən kasıb ölklərə göndərilən taxılın ixracı zərər görür, bütün Ukraynanın arzusu olan yandırılmış Mriya təyyarəsi (An-224) havaya qalxmadıqca strateji yüklər təyinatına daşınmır, ölkənin ərazisi uçuşlara bağlı qaldıqca beynəlxalq marşrutların yolları uzanır, havaya daha çox tüstü qazları atılır, ekoloji vəziyyət ağırlaşır. Nəticədə, Kremlin qapı arxasından, ya da Uraldakı bunkerdən verilən üzdəniqraq işğal və ölüm qərarları milyonlarla insanın öz doğma yerlərindən qaçqın düşməsinə, uşaqların təhsildən ayrı düşməsinə, ailələrin başsız qalmasına səbəb olur.
Rusiyanın Ukraynaya qarşı işğalı ikibaşlı qartalın son 550 illik imperiya xəyallarının da sonu olmaqla həm də Avropanın və eləcə də bütün dünyanın rusiya xammalından asılılığının sonu oldu. 2014-cü ildə qədər hər qış gələndə neft və təbii qazla tərəfdaşlarını şantaj edib, süni qiymət artımı ilə onları sınağa çəkən Rusiyanın artıq nə nefti, nə də qazı dünyaya lazım deyil. Texnologiyanın inkişafı ilə hər keçən gün dünyanın gerisinə düşən Rusiya əhalsinin həyat səviyyəsi də sürətlə aşağı düşdükcə sanki bu ölkə, elə onun dili də yox olur. Beynəlxalq ticarətlə yanaşı, nəqliyyat, kommunikasyia, bank, sığorta, turizm, idman və digər sahələrdə sərt sanksiyalarla üzləşən Rusiyanın son çarəsi isə ya dünyaya nüvə şantajı, ya sadə rusların artan vergi ödənişləri, ya da bu ölkədən mobilizə edilmiş qeyri-rusların Ukrayna bataqlığındakı ölüm sonluğudur. Beləcə, dünyadaki köhnə SSRİ-dən qalma vəkil gücləri olan dostlarını bir-bir itirən qoca qartal keçmiş 14 ittifaq üzvləri qarşısında iç üzü açıldıqca artıq Yakutiyadan Tatarıstana qədər böyük ərazinin də əslində onlara aid olmadığı bu ölkə daxilində də dərindən başa düşülür.
Dörd ili tamam olan Rusiya-Ukrayna müharibəsi artıq yeni fazasına daxil olub. Müharibənin ilk aylarında Javelin və Bayraqdarlarla ruslara qan udduran qəhrəman Ukrayna müdafiəçiləri o dövrdəki dağınıqlığı arxada qoymuş, daha da konsolidasiya olunaraq mütəşəkkil müdafiə və əks hücum əməliyyatları həyata keçirilər. SSRİ dağılandan ötən 25 il ərzində Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın, Moldaviyanın başına gətiriləndən düzgün dərs çıxarmayıb, rus nağılından məst olmuş Ukrayna xalqı üçün bu müharibə həm də milli kimliyinə bir qayıdış, “Qolodomoru” və onu törədənləri bir daha tanımaq fürsəti oldu. Dünyanın dəstəyi ilə bu dörd ildə toparlanan Ukrayna hərbi sənayesi artıq öz silahları ilə Rusiyanın min kilometrlərlə dərinliyinə zərbələr endirməyə, uzaq Sibirdə kəşfiyyat-diversiya əməliyyatları aparmağa güc qazandı. Bu dörd ildə Ukrayna sınmadı, yaşadı, öz xalqını yaşatdı. Yaxın Şərqin, Cənubi Qafqazın və Qara dəniz hövzəsinin stabillik qarantoru olan qardaş Türkiyənin dəstəyi ilə taxılını ixrac edib, Qarabağ savaşında həmişə yanında olduğu Azərbaycanın dəstəyi ilə dağıdılmış enerji infrastrukrunu yenidən bərpa etdi. Məruz qaldığı işğala rəğmən, Ukrayna xalqı yenə də öz elmi, mədəniyyəti və idmanı ilə özünü beynəlxalq aləmdə layiqincə təmsil etdi, dünyaya daha yaxından inteqrasiya olundu.
2026-cı ilə dünya Yaxın Şərqdə və Cənubi Qafqazda sülh arxitekturasının qurulması ili kimi başlayıb. Artıq Azərbaycan Respublikası dövlət başçımızın şəxsi nüfuzu və dipolmatik bacarıqları ilə Cənubi Qafqazda davamlı sülhün əldə olunması və onun daha da möhkəmləndirilməsi üçün əməli işlər həyata keçirir. Nəticə isə olduqca ümidvericdir. Uzun illərin müharibəsindən yorğun düşmüş Cənubi Qafqaz üçün yeni imkanlar yaranmışdır. Azərbycanın başlatdığı sülh təşəbbüsləri bütün regiona hakim olduqca bu, gözü çıxmış bütün qara qüvvələrin də buradan təmizlənməsinə, xalqların gələcəkdə rahat yaşamasına gətrib çıxaracaqdır. Hamı inanır ki, həmin gələcək bir gün bərəkətli Dnepr sahillərinə də gələcək.
Çünki zaman öz işini görür. Yırtıçının da ömrünə az qalıb!
MİA.AZ
TELEKANALLARDAKI "YÜNGÜL VERİLİŞLƏR"İN YAYIMI DAYANDIRILDI
Rusiyanın sabiq prezidenti iki ölkəni nüvə bombasıyla hədələdi: "Əgər Ukraynaya nüvə silahı verilsə..."
ABŞ Yaxın Şərqə daha 150 qırıcı göndərdi - Son bir həftədə...
Kral: "Hava məkanımızı İrana qarşı istifadəyə icazə verməyəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Hakan Fidan Umerovla görüşüb
Ceyhun Bayramov səfirlərə iftar süfrəsi açıb - FOTO
İsrail və Livan sərhədçiləri atışıb
Ramazanın 7-ci gününün duası: imsak və iftar vaxtı
Nəriman Axunzadənin ABŞ klubuna transferi ləngiyir - Səfirlik hələ də viza müraciətinə cavab verməyib
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər