XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb

img

24-02-2026 [13:03]


Fransa XİN ABŞ-ın Parisdəki səfiri Çarlz Kuşneri nazirliyə izahat üçün çağırsa da, o, bu dəvəti rədd edib.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, səfirin bu addımından sonra iki ölkə arasındakı diplomatik böhran böyüyüb.

Fransa mediası yazır ki, səfirin XİN-ə çağırılmasına səbəb Lionda öldürülən ifrat sağçı gənclə bağlı onun paylaşım etməsi olub.

"Le Figaro"nun məumatına görə, öldürülən gəncə görə Fransa hökumətini qınayan səfir dünən Xarici İşlər Nazirliyinə çağırılıb: "Lakin o, dəvət edilən vaxtda XİN-ə getməyib. Ümumiyyətlə, getməməsinin səbəbni belə açıqlamayıb".

Məlumatda deyilir ki, səfirin diplomatik etiket qaydalarına zidd davranışından sonra isə Fransa hakimiyyəti radikal qərar qəbul edib: "Qərara əsasən, səfirə ölkə daxilində sanksiya tətbiq olunub. O bundan sonra digər nazirlik və rsmi tədbirlərdə qəbul olunmayacaq"

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA