Rusiyanın sabiq prezidenti iki ölkəni nüvə bombasıyla hədələdi: "Əgər Ukraynaya nüvə silahı verilsə..."

img

25-02-2026 [00:15]


"Əgər Böyük Britaniya və Fransa Ukraynaya nüvə bombası verərsə, onda Rusiya nüvə silahlarından istifadə edəcək".

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu sözləri Rusiyanın sabiq prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edb.

O deyib ki, müharibə edən ölkəyə nüvə silahı vermək vəziyyəti kökündən dəyişdirəcək: "Əgər belə bir şey baş verərsə, Rusiya Ukraynada təhlükə yaradan hədəflərə qarşı strateji sayılmayan, lakin nüvə silahları da daxil olmaqla, bütün növ silahlardan istifadə etmək məcburiyyətində qalacaq. Lazım gələrsə, nüvə silahları Rusiya ilə nüvə müharibəsində iştirak edən təchizatçı ölkələrə - Britaniya və Fransaya qarşı da istifadə ediləcək. Buna heç kəsin şübhəsi olmamalıdır. Rusiyanın bu şəkildə cavab vermək hüququ var".

Xatırladaq ki, dünən Rusiya Xarici Kəşfiyyat Xidməti  Böyük Britaniya və Fransanın Ukraynaya nüvə bombası verməyə hazırlaşdığını bəyan edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA