Dini təşkilatlar hesabat verib
16-02-2026 [18:07]
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə 780 İslam, 27 digər dini konfessiya və 21 ziyarətgah 2025-ci il üzrə maliyyə hesabatını təqdim edib.
Mia.az xəbər verir ki, bununla bağlı Dini Komitənin kollegiya iclasında müzakirə aparılıb.
Bildirilib ki, 2025-ci ildə 51 din xadimi vakant yerlərə təyin olunub, 3598 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov söyləyib ki, Prezident İlham Əliyevin Azərbaycan Din Xadimlərinin I Forumuna ünvanladığı müraciətində öz əksini tapmış tövsiyələr, eləcə də digər müvafiq tapşırıqlar 2025-ci il ərzində görülən işlərin səmərəli olmasına zəmin yaradıb.
Dövlət başçısı tərəfindən imzalanmış müvafiq sərəncamlarla Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında və Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi vəzifəsinin Komitəyə həvalə olunması qurumun fəaliyyət istiqamətləri üzrə yeni öhdəlik müəyyənləşdirib.
Sədr vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzi tərəfindən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filmi hazırlanıb, xaricdə yaşayan soydaşlarla dini-mənəvi əlaqələrin gücləndirilməsi istiqamətində Türkiyə və Gürcüstanda iftar tədbirləri təşkil olunub.
"Hər məsciddə kitabxana" layihəsi çərçivəsində 250 məscid 25 min kitabla təmin edilib. "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" mövzusunda keçirilən beynəlxalq simpoziumda Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Misir daxil olmaqla 14 ölkənin nüfuzlu universitetlərindən 40-a yaxın alim və mütəxəssis iştirak edib.
Dövlət başçısının sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qeyd olunan məqamların vacibliyini vurğulayan R.Məmmədov Dövlət Komitəsinin 2026-cı il üzrə fəaliyyətinin əsas prioritetləri sırasında rəqəmsal transformasiya çərçivəsində xidmətlərin elektronlaşdırılması, süni intellekt əsaslı texnoloji həllərin tətbiqinin yer aldığını bildirib.
Həmçinin dini qurumların fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dini təhsil müəssisələrinin fəaliyyəti, dini maarifləndirmə işinin gücləndirilməsi, dini-mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Kollegiya iclasında Dövlət Komitəsinin ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin təbliği məqsədilə çoxsaylı tədbirlər keçirilib, dini radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə aparılması məqsədilə 7 regional konfrans təşkil olunub.
Komitənin beynəlxalq əlaqələrinin genişləndirilməsinin diqqətdə saxlanıldığı, 11 xarici ölkəyə səfər, müxtəlif ölkələrin dövlət və dini qurumlarının rəhbərləri ilə 25 görüşün keçirildiyi qeyd olunub.
Qeyd olunub ki, Dövlət Komitəsinin rəsmi veb-saytı müasir tələblərə uyğun yenilənib, saytda 814 xəbər dərc olunub, sosial media platformaları vasitəsilə isə ümumilikdə 2181 məlumat təqdim edilib.
İclasda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və tabeliyindəki qurumların "2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair" hesabatı da dinlənilib. Hesabatda dini durumun öyrənilməsi, tolerantlıq mühitinin və dövlət-din münasibətlərinin möhkəmləndirilməsi, radikal dini təmayüllərin vaxtında müəyyən edilməsi və din xadimləri üçün təkmilləşdirmə kurslarının nəticələri haqqında məlumat verilib.
Vurğulanıb ki, muxtar respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və dindarlarla mütəmadi görüşlər keçirilib, radikalizmə qarşı bölgələrdə 42 maarifləndirmə iclası təşkil edilib. Hesabat dövründə 60 nəfər təkmilləşdirmə kurslarında iştirak edib, hazırda 60 nəfərin kurslarda təlimi davam etdirilir.
Kollegiya iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin "2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair" hesabat haqqında məruzə də təqdim olunub. Vurğulanıb ki, ötən il 3-ü əcnəbi olmaqla 48 nəfər bakalavr, 8 nəfər isə magistr pilləsini bitirib. 2025/2026-cı tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna bakalavriat səviyyəsi üzrə 78, magistratura səviyyəsi üzrə 3 tələbə, doktorantura pilləsinə isə 2 tələbə qəbul olub. İnstitutda hazırda 305 tələbə (bakalavr, magistr, doktorant) təhsil alır.
Aİİ ilə Qazaxıstanın "Nur-Mübarək", Misir İslam Mədəniyyəti, Türkiyə Respublikasının "İstanbul 29 Mayıs" və Malayziya Beynəlxalq İslam Universiteti arasında imzalanmış Əməkdaşlıq Protokoluna əsasən tələbə mübadilələri aparılıb. Həmçinin 2025-ci ildə Bakı İlahiyyat Kollecinin "Dini-mənəvi xidmət" ixtisasına tam (11 illik) orta təhsil bazasından 15 nəfərin, ümumi (9 illik) orta təhsil bazasından 15 nəfərin qəbul olduğu bildirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun hesabatında din xadimlərinə aylıq maddi dəstək göstərildiyi, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təqaüd proqramlarının icra edildiyi vurğulanıb. Həmçinin beynəlxalq simpozium, seminar-treninqlər və "Mənəvi dəyərlər" həftəsi kimi layihələr, din xadimlərinin peşəkarlılığının artırılması məqsədilə keçirilən seminar-treninqlər, Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edildiyi diqqətə çatdırılıb.
Regional bölmələrin fəaliyyəti barədə çıxışlarda bölgələr üzrə dini durum, dini icmaların aktivliyi, dini maarifləndirmə tədbirlərinin effektivliyi və qarşıda duran çağırışlar barədə məlumat verilib.
Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcək.
Daha sonra Komitə tərəfindən hazırlanmış normativ-hüquqi akt layihələri və qanunvericilik təşəbbüsləri, eləcə də gündəlikdə olan digər məsələlər barədə məruzələr dinlənilib.
Aparılan müzakirələr zamanı səsləndirilən rəy və təkliflər nəzərə alınaraq kollegiyanın gündəliyinə daxil edilmiş məsələlər üzrə müvafiq qərar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi