DAHA TƏZƏ MAŞIN ALAN YOXDUR - Ekspertlər səbəbi belə izah edir (VİDEO)
16-02-2026 [09:07]
Bir vaxtlar avtomobillərin çoxluğundan addım atmağa yer olmayan Bakı Gömrük Terminalının dayanacağı indi sözün həqiqi mənasında boş qalıb.
Mia.az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən ilin sonunadək davam edən böyük "idxal bumu" artıq yerini sükuta verib.
Bu kəskin dəyişikliyin əsas səbəbi 2026-cı ildən etibarən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin müddətinin başa çatmasıdır.
Hazırda nəinki fərdi alıcılar, hətta iri avtomobil dilerləri belə ölkəyə yeni nəqliyyat vasitələri gətirməyə tələsmirlər. İqtisadçılar bildirirlər ki, bu boşluq gözlənilən idi. Çünki ötən ilin son aylarında həm şirkətlər, həm də vətəndaşlar sanki növbəti bir neçə ilin tələbatını qısa müddətdə qarşılamağa çalışıblar.
İqtisadçı Xalid Kərimli qeyd edir ki, 2025-ci ilin sonunda bitən "güzəşt bumu" bazarda süni doyma yaradıb:
"Yeni maşınlar üçün vergi güzəştlərinin ləğvi alıcıların marağını yenidən alternativlərə yönəldir. Əgər əvvəllər hamı daha yeni və hibrid modellərə üstünlük verirdisə, indi ikinci əl bazarında canlanma proqnozlaşdırılır. Bu isə öz növbəsində qiymətlərə də təsirsiz ötüşmür".
Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov da idxalın azalmasının müxtəlif səbəblərinin olduğunu bildirib.
Ekspertlərin ümumi rəyinə görə, 2026-cı il həm alıcılar, həm də satıcılar üçün bir növ "adaptasiya dövrü" kimi yadda qalacaq. Mövcud durğunluğun müvəqqəti olduğu və 2027-ci ildən etibarən idxal rəqəmlərinin yenidən stabilləşəcəyi gözlənilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi