Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
15-02-2026 [22:38]
Azərbaycanın səhiyyə sistemində son illərdə aparılan struktur dəyişiklikləri və milyardlarla manatlıq büdcə vəsaitlərinin idarə olunması ictimaiyyətin diqqətini həm də bu vəsaitlərin “bölüşdürücü” simalarına yönəldib.
Bu simalar arasında ən çox mediada müzakirə olunan adlardan biri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin etimad göstərdiyi kadr, hazırda “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin (PHŞ) direktoru olan Nurlan Quliyevdir.
Nurlan Quliyevin yüksəlişi birbaşa Zaur Əliyevin himayəsi ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsindən gələn Nurlan Quliyev 2024-cü ildən etibarən Səhiyyə Nazirliyindən alınaraq, TƏBİB-in tabeliyinə verilən “İnnovasiya və Təchizat Mərkəzi”nə rəhbər təyin edilib. Bu təyinat sıradan olan kadr yerdəyişməsi deyil. Bu, ölkənin dərman preparatları, tibbi avadanlıqlar və səhiyyə xidmətləri üçün ayrılan milyardlıq satınalma rıçaqlarının bir nəfərin əlində cəmləşməsi deməkdir.
Mediada və tibb ictimaiyyəti arasında Nurlan Quliyevin adı daha çox Zaur Əliyevin “gizli kassası” kimi hallanır. Onun iş metodları haqqında gəzən iddialar isə kifayət qədər ziddiyyətlidir.
İddialara görə, Nurlan Quliyev tenderlərdə iştirak edən şirkətləri özünün “qaydaları” çərçivəsində sıxışdıraraq, onlar üzərindən manipulyasiya əməliyyatları həyata keçirir. Onun təsir gücü o qədər genişdir ki, hətta, Zaur Əliyevin yaxın çevrəsinə daxil olan bəzi şirkətləri belə öz maraqlarına xidmət etmədiyi təqdirdə tenderlərdən kənarlaşdırmağa nail olur.
Nurlan Quliyevin fəaliyyəti ilə bağlı iddialar bununla da bitmir. O, rəsmi olaraq TƏBİB-in tabeliyində çalışsa da, ancaq sözügedən qurumun rəhbəri Vüqar Qurbanovun deyil, birbaşa Zaur Əliyevin təlimatları ilə hərəkət etdiyi, daxili idarəetmədə subordinasiya qaydalarını kobud şəkildə pozduğu deyilir. “İnnovasiya və Təchizat Mərkəzi”nin TƏBİB-in tabeliyinə verilməsinə baxmayaraq, Nurlan Quliyevin özünü hələ də Zaur Əliyevin kadrı kimi aparması, bu sahədə ciddi çatların olduğunu göstərir. Bu, həm də dövlət vəsaitlərinin şəffaf xərclənməsi ilə bağlı ciddi suallar yaradır.
Bütövlükdə, Nurlan Quliyevlə bağlı formalaşan bu cür imic həm Zaur Əliyevin rəhbərlik etdiyi quruma, həm də bütövlükdə səhiyyə islahatlarına olan inamı zədələyir. Milyardlarla büdcəsi olan “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ rəhbərinin adının bu cür qalmaqallı iddialarda hallanması isə dövlətin müvafiq orqanları üçün ciddi siqnal olmalıdır.
Mənbə: Demokrat.az
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI: O tarixi imtahandan keçə bilmədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO
Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib
“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO) - YENİLƏNİB
"Sanki alçalaraq pul istəyirik" - Çingiz Abdullayev
"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Sabahın hava proqnozu açıqlandı
Liseydə güllələnən müəllimədən xəbər var
İlham Əliyev Münxendəki görüşləriylə bağlı paylaşım etdi - FOTO
"Əminağa Sadıqov rektor ola bilmirsə..." - Professor elmi dərəcəsi saxta çıxan rektor əvəzi barədə yeni iddialar yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."