Sabahın hava proqnozu açıqlandı

img

15-02-2026 [13:01]


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacağı gölzənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA