Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
14-02-2026 [17:50]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ramiz Mehdiyev və digərləri ilə bağlı fevralın 12-də yaydığı videomaterial böyük ictimai rezonans doğurub və orada ciddi faktlar təqdim edilib.
“Qafqazinfo” “Faktyoxla”ya istinadla xəbər verir ki, bu faktlardan biri də “AXCP” sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlıdır. Kadrlarda onun naməlum şəxs(lər)dən dəfələrlə pul aldığı və istintaqa ifadəsində “öz lideri” Əli Kərimli haqda səmimi etirafları görünür.
Video yayılandan dərhal sonra Fuad Qəhrəmanlı həm sosial media hesabında və xaricdən idarə olunan “YouTube” kanallara müxtəlif açıqlamalar vermiş və hər dəfəsində fərqli fikirlər səsləndirmişdir.
Qəhrəmanlının mövzu ilə bağlı hər dəfə fərqli “dəlillər” gətirdiyi üçün Faktyoxla məsələni araşdırmaq qərarına gəlib.
1-ci məqam. Fuad Qəhrəmanlı adətən ölkədə baş verən demək olar ki, bütün proseslərə politoloq kimi şərh verir, bu və ya digər məsələ ilə bağlı sosial media hesabından uzun təhlillər təqdim edir. DTX-nin videosu yayılandan sonra isə, Qəhrəmanlı adətinə uyğun olmayaraq fərqli reaksiya sərgiləyir. O bütün faktları təhlil etmək əvəzinə, yalnız özünü qorumaq məqsədilə açıqlamalar verməyə başlayır.
2-ci məqam. O “öz lideri” haqqında etiraflarını təkzib etmədən, tələm-tələsik status yazmaq qərarına gəlir və burada işgəncələr və digər məsələlərlə bağlı cəfəng fikirlər səsləndirməyə başlayır. Nəyə görə cəfəng, çünki bu hadisələrin o, 2019-cu ildə baş verdiyini qeyd edir. Halbuki onun tibbi maskada ifadə verməsi 2020-ci ildən başlayan COVID-19 pandemiyası ilə, Milli Məclisin qarşısındakı mitinqdə təşkilatçı-təhrikçi kimi istintaqa cəlb edilməsi də 2020-ci il Vətən müharibəsindən bir neçə ay öncəki dövrə aid idi.
Düşünürük ki, “öz liderinə” xəyanəti ilə bağlı faktların ortaya çıxması onun üçün gözlənilməz idi. Məhz bu səbəbdən Qəhrəmanlı başdan ayağa qrammatik səhvlərlə dolu status yazır və hadisələrin 2019-cu ildə olduğunu qeyd edir.
.jpg)
3-cü məqam. Qəhrəmanlı açıqlamasını paylaşandan 13 dəqiqə sonra “Azadlıq Qəzeti” “Facebook” səhifəsi həmin statusu olduğu kimi paylaşır.
.jpg)
.jpg)
Daha maraqlısı isə bundan sonra baş verir. Belə ki, “Azadlıq Qəzeti” “Facebook” səhifəsini idarə edənlər 46 dəqiqə sonra “F.Qəhrəmanlının açıqlaması” adlı statusa “Həsən Kərimovla bağlı” hissəni uyduraraq əlavə edirlər. Halbuki Qəhrəmanlının öz səhifəsində bununla bağlı bir şey deyilmir. Yalnız bir gün sonra (fevralın 13-ü saat 10:47-də) F.Qəhrəmanlı öz səhifəsinə “Həsən Kərimovla bağlı” uydurmanı əlavə edir.
.jpg)
4-cü məqam. Bu dəfə isə F.Qəhrəmanlı statusuna dəyişiklik etmək qərarına gəlir və hadisələrin 2020-ci ildə olduğunu yazır. Amma yenə də səhvə yol verir: “cu” şəkilçisini olduğu kimi saxlayır. Lakin bu dəyişikliyi etdiyini “Azadlıq Qəzeti” “Facebook” səhifəsini idarə edənlərə deməyi unudur.
.jpg)
.jpg)
5-ci məqam. F.Qəhrəmanlı pul alması ilə bağlı hissəyə dair açıqlamasında da qarışıq fikirlər səsləndirir. O, bildirir ki, bu pullar Həsən Kərimova çatmalı idi.
F.Qəhrəmanlı açıqlamalarında H.Kərimovun ürək əməliyyatı üçün Türkiyəyə getməsinin lazım olduğunu qeyd edir və həmin görüşün, yəni pul almaq kadrlarının 2010-cu ildə qeydə alındığını bildirir.
Arxivdən Həsən Kərimovun ürək əməliyyatı üçün Türkiyəyə səfərlərinə baxdıqda bəlli olur ki, bu şəxs iki dəfə Türkiyədə səfərdə olub. İlk səfər 2011-ci ilin aprel ayında, ikinci səfər isə 20 oktyabr 2013-cü ildə olub. Göründüyü kimi, o, qəsdən 2010-cu il versiyasını ortaya atır ki, 2013-cü ildə prezident seçkiləri ərəfəsində “Milli Şura”nın “Milyarderlər İttifaqı” ilə əlaqələrini ört-basdır edə bilsin.
.jpg)
.jpg)
Digər tərəfdən isə onun yaxın əqidədaşı Təzəxan Mirələmli bununla bağlı fərqli iddia səsləndirir.
.jpg)
6-cı məqam. ”Osmanqızı” “YouTube” kanalına açıqlamasında bildirir ki, “Həmin adamla heç vaxt birbaşa ünsiyyəti olmayıb. Cəmi bir dəfə görüşüb.
Həmin kadrlara diqqətlə baxdıqda F.Qəhrəmanlının yenə yalan danışdığı məlum olur. Kadrlarda onun eyni ofisdə azından 3 dəfə görüşdüyünün (pul aldığının) şahidi oluruq:
1-ci kadrda o, qısaqol köynəkdədir. Stolun üstündə olan meyvələrdən də demək olar ki, bu, yay aylarında baş verib. Ehtimal edirik, 2013-cü ilin avqust-sentyabr ayının əvvəlinə təsadüf edir.
Eyni ofisdə çəkilmiş ikinci kadrda F.Qəhrəmanlı uzunqol köynəkdədir. Ehtimalımıza görə, payız ayları, təxminən 2013-cü ilin sentyabr ayının sonlarına yaxın bir vaxtdır.
Nəhayət, üçüncü kadrda onun kostyumda olduğu görünür.
.jpg)
.jpg)
.jpg)
O, adıçəkilən “YouTube” kanalına müsahibədə qeyd edir ki, ev tipli ofis idi və hazırda həmin ofisin harada olduğunu dəqiq xatırlamır. “Nərimanovda, Gənclikdə, bəlkə də Rüstəm bəyin (İbrahimbəyov nəzərdə tutulur-red.) Milli Şuraya hədiyyə etdiyi ofisdə idi”.
Amma təqdim edilən bu kadrda bahalı qabların yığıldığı dolab görünür. Böyük ehtimal ki, bu mənzildir. Lakin necə bir mənzil?! Adətən xarici kəşfiyyat orqanlarının istifadə etdiyi konspirativ mənzillərdən biridir. Görünür, məhz bu səbəbdən həmin mənzil Azərbaycan xüsusi xidmət orqanlarının diqqətinə düşüb.
.jpg)
Bundan başqa, ayrı-ayrı vaxtlarda çəkilən hər üç kadrda F.Qəhrəmanlının ayaqqabıda deyil, corabda olduğunu görürük. Bu da məlumdur ki, adətən ofislərdə, hətta mənzil tipli ofislərdə heç kim corabda gəzmir. Bununla da buranın ofis deyil, F.Qəhrəmanlının yaxşı tanıdığı və özünü rahat hiss etdiyi konspirativ mənzil olduğu sübut edilir.
.jpg)
.jpg)
Nəticə:
- Bütün bunlar onu göstərir ki, DTX-nin təqdim etdiyi video həqiqəti əks etdirir;
- F.Qəhrəmanlının “öz liderinə” xəyanət etdiyi kadrlarla ifşa olunduğu anladığı üçün tələm-tələsik, səhvlərlə dolu status yazması, açıqlamalarında səsləndirdiyi fikirlərin bir-biri ilə uzlaşmaması, yalan məlumat verməsi bunu bir daha təsdiqləyir;
- Onun belə yalan dolu açıqlama verməsinin bir səbəbi isə əqidədaşlarından gözlənilən xəyanət ittihamı və tənqidlərdən sığortalanmaq üçündür.
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
İlham Əliyev Münxendə panel iclasda iştirak edir - CANLI YAYIM
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR