Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."

img

13-02-2026 [21:19]


"Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı üçtərəfli danışıqların üçüncü raundunun  vaxtı bəllidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, üçtərəfli danışıqların üçüncü raundu gözlənildiyi kimi BƏƏ-də deyil, Avropada keçiriləcək: "Görüş 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində olacaq"

Peskov bildirib ki, Rusiya nümayəndə heyətinə yenə  Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA