"Nə deyə bilərəm ki?" - Vəzifəsini itirən nazir müavini suala cavab vermədi

img

14-02-2026 [23:41]


Xəbər verdiyimiz kimi, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Mia.az xəbər veirr ki, manset.az vəzifəsindən azad edilən fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə ilə əlaqə saxlayıb.

O, işdən çıxarılması ilə bağlı məlumatı təkzib etməyib və geniş danışmaq istəmədiyini bildirib: "Mən bu barədə nə deyə bilərəm ki? Çox sağ olun. Mən xidmət etmişəm. Təşəkkür edirəm".

General jurnalistin "Qəfil vəzifənizdən niyə azad olundunuz?" sualını isə cavabsız qoyub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA