Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
14-02-2026 [00:49]
Son günlər “m10” elektron pulqabı ətrafında ciddi hadisələr baş verdi. “m10” müştəriləri öz hesablarında xarici mənşəli merchant-lardan izahı olmayan vəsait axınları olduğunu qeydə alıblar. Çox sayda istifadəçinin hesablarında böyük məbləğdə pul görünməyə başlayıb. Bu, kütləvi olduğundan hesablar müvəqqəti dondurulub və əməliyyatlara limitlər tətbiq olunub.
Yerli media yazır ki, “m10”-a qarşı əməliyyat ABŞ-dən həyata keçirilib, nəticədə on milyonlarla vəsait başqa hesablara köçürülüb. Bəzi mənbələr ümumilikdə 274 milyon manat vəsaitin itirildiyini bildirirlər. Qeyd olunur ki, hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb və “m10”-da məsliyyət daşıyan şəxsləri həbs edib.
“PashaPay” MMC məsələ ilə bağlı açıqlama verərək qanunsuz köçürmələrin mövcudluğunu dolayısı ilə təsdiqləyib, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin edildiyini və sistemin bərpa edildiyini, həmçinin də üzrxahlığını bildirib.
Azərbayan İnternet Forumunun (AİNF) sədri Osman Gündüz bildirir ki, m10 hadisəsi “Kapital Bank” rəhbərliyinin fintex risklərini vaxtında qiymətləndirə bilmədiyini göstərir. O, xatırladır ki, “m10” Azərbaycanda qısa zamanda ən sürətlə populyarlaşan elektron pulqabı və mobil ödəniş tətbiqidir: “Platforma “PashaPay” elektron pul təşkilatı tərəfindən idarə olunur və şirkətin 100 faiz payçısı “Kapital Bank”dır. Son illərdə “m10”-un sürətli böyüməsi və geniş funksionallığı onu bazarın əsas oyunçularından birinə çevirmişdi”.
Ekspert vurğulayır ki, diqqətçəkən məqam bunun ilk hal olmamasıdır: “Mərkəzi Bank bundan əvvəl də “PashaPay”a qarşı çirkli pulların leqallaşdırılması ilə mübarizə, fərdi məlumatların qorunması və nəzarət mexanizmləri üzrə məcburi göstərişlər və inzibati tədbirlər tətbiq edib. Son hadisə ilə bağlı cinayət işinin başlanması və həbslər barədə məlumatlar yayılsa da, hələlik rəsmi açıqlama yoxdur. Baş verənlər texniki nasazlıqdan daha çox risklərin zəif idarə olunması problemini göstərir”.
O.Gündüz xatırladır ki, “m10” “Binance” kriptobirjası ilə inteqrasiya olunmuşdu. Onun sözlərinə görə, kripto, xarici merchant və elektron pulqabı zənciri isə yüksək riskli sahədir və bu inteqrasiya fonunda vaxtında və yetərli təhlükəsizlik tədbirlərinin görülməməsi ehtimalı kifayət qədər real görünür: “Bu hadisədə diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir. Adətən hər ilin sonu bankın ali rəhbər şəxslərinin bonuslar daxil olmaqla illik milyonlarla əməkhaqqı aldığı bildirilir. Bu səviyyədə gəlir və imtiyaz varsa, risklərin idarə olunması, nəzarət və məsuliyyət, işin keyfiyyəti də eyni səviyyədə olmalı idi. Təəssüf ki, baş verənlər bunların eyni səviyyədə olmadığını göstərir”.
AİF prezidenti düşünür ki, bu tip hadisələr elektron pulqabılar və fintech platformalarına etimadı azalda, bank sektorunu reputasiya baxımından risk altına sala və ölkə üzrə çirkli pul axınları üçün zəmin yarada bilər.
“Ona görə də təhlükəsizlik standartları vahid və məcburi olmalı, banklar isə sahib olduqları fintech platformalarına görə formal yox, ciddi məsuliyyət daşımalıdır”, - O.Gündüz vurğulayıb/“AzPolitika.info”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi