Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO
09-02-2026 [14:56]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun uzun illərdən bəri tutduğu vəzifədən kənarlaşdırılması onun yaxın ətrafının da gələcək taleyini sual altına salıb.
Saleh Məmmədovun “vurulması”, təbii ki, onun sevimli kadrlarının da yuxusunu qaçırdıb.
Onları Saleh Məmmədov üçün sevimli edən tutduqları postda işlərinə vicdanla yanaşmaları, yaxud da çalışqanlıqları deyil, öz rəhbərləri üçün müxtəlif yerlərdə villa tikmələri, bahalı hədiyyələr etməkləridir.
Gununsesi.info-nun məlumatına görə, belə şəxslərdən biri də 5 saylı Magistral Yolların İstismarı MMC-nin rəisi Arif Abbasovdur.
Arif Abbasovla bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki, Saleh Məmmədovla yaxınlığı ona AAYDA-da xüsusi imtiyazlar yaradıb.
Belə ki, günlərlə işə çıxmayan Arif Abbasov bu sistemdə çalışan ən varlı adamlardan birinə çevrilib.
Təbii ki, o, korrupsiya yolu əldə etdiyi vəsaitin bir hissəsini də Saleh Məmmədovla bölüşüb.
Buna nümunə kimi Arif Abbasovun Mingəçevirdə Kür çayı sahilində Saleh Məmmədov üçün villa tikməsi göstərilir.
Bildirilir ki, Abbasovun özünün evinin yaxınlığında inşa olunan villa tikilərkən çay kənarında sakinlərin hərəkəti üçün nəzərdə tutulan sahil zolağı belə Məmmədovun villasının qarşısına qatılıb.
Fotodan da göründüyü kimi, Məmmədovun dəbdəbəli villasının eyvanı birbaşa Kür çayına açılır.
Bundan başqa, daha bir məlumatda deyilir ki, Arif Abbasov Rusiyanın Stavropol diyarına daxil olan Kislovodskidə də öz villasının yanında Saleh Məmmədov üçün dəbdəbəli ev tikib.
Məlumatlara görə, Arif Abbasov AAYDA sədrinə bu jestlərinin müqabilində yaxınlarının adına yaratdığı MMC-lər vasitəsilə böyük pullar əldə edib.
AAYDA-nın yeni rəhbərinin maliyyə naziri Sahil Babayevin komandasından gətirilməsi isə bu strukturda korrupsiyaya qarşı mübarizəyə start veriləcəyinə işarədir.
Yəqin ki, daxili yoxlamalar nəticəsində Arif Abbasovun da fəaliyyəti təftiş olunacaq və bir neçə illik mənimsəmə faktlarının üstü açılacaq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL