İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb

img

27-02-2026 [14:29]


İranla danışıqların davam etdiyi bir məqamda ABŞ gözlənilməz addımla dünyanın diqqətini İsrailə çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Tel-Əvivdəki səfirliyi İranla artan gərginlik fonunda İsraildə yaranan təhlükəsizlik riskləri səbəbindən bir çox diplomatlar və onların ailələri barədə operativ qərar verib.

Məlumata görə, qərarda bəzi diplomatlar və onların ailələrinə bu gün İsraili təcili tərk etmələri tapşırılıb: "Səfirlik bunu regionda yaranan təhlükəsizlik riskləri səbəbi ilə izah edib. Bildiriilib ki, bu barədə 27 fevral 2026-cı ildə Dövlət Departamenti qərar verib...".

Məlumatda deyilir ki, artıq diplomat və onların ailələri İsraildən çxarılır: "Səfirlikdə çox az və vacib işlər üçün işçilər saxlanılacaq".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA