Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
27-02-2026 [14:24]
Pakistan və Əfqanıstan arasındakı aktiv döyüş günü-gündən genişlənir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq rəsmi İslamabad qonşu ölkəyə müharibə elan edib.
Bu barədə açıqlama verən Pakistanın informasiya naziri Attaullah Tarar son iki gündəki əməliyyatlarda Əfqanıstan tərəfindən 133 nəfərin öldüyünü və 200-dən çox insanın yaralandığını açıqlayıb: "Kabil, Paktiya və Qəndəharda bəzi hədəflər vurulub. İndiyə qədər ümumilikdə 27 mövqe məhv edilib, 9 post ələ keçirilib. İki korpus və üç briqada qərargahı da daxil olmaqla bir çox mövqe, eləcə də 80-dən çox nəqliyyat vasitəsi və texnika məhv olunub".
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə bildirib ki, NATO qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstanda sülhün bərqərar olacağı və Talibanın Əfqan xalqının maraqlarına və regionda sülhə diqqət yetirəcəyi gözlənilirdi: "Lakin Taliban Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirib. Pakistan qonşu ölkəylə vəziyyəti normal saxlamaq üçün hər zaman diplomatiyadan yana oluub. Lakin artıq səbrimiz bitdi, tükəndi. İndi aramızda açıq müharibə var".
Pakistanın Daxili İşlər naziri Möhsün Nəqvi isə ilk olaraq Əfqanıstanın onlara hücum etdiyini deyib və bu hərəkəti pisləyib.
Əfqanıstanın sözçü müavini Həmdullah Fitrat cavab əməliyyatlarında 55 Pakistan əsgərinin öldürüldüyünü iddia edib.
***
Əfqanıstan Pakistanın müxtəlif bölgələrinə hava hücumları həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban rejimi məlumat yayıb.
Əfqanıstan Müdafiə Nazirliyindən isə bildirilib ki, hava qüvvələri yerli vaxtla saat 11:00-da Pakistanın müxtəlif ərazilərindəki hərbi obyekləri bombalayıb: "Bizim hava qüvvələrimiz Faysalabad yaxınlığındakı hərbi düşərgəni, Nouşeradakı ordu kazarmasını və Camrud və Abbottabad bölgələriki hərbi hədəfləri vurub. Qarşı tərəf böyük itkilər verib".
Məlumatda itkilər barədə konkret məlumat verilməyib.
Tahir Şəlvəli
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL