Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27-02-2026 [17:30]
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə proqramın nəticələrinə həsr olunmuş yekun görüş keçirib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, bir ili əhatə edən Mentorluq proqramının yekunlarına dair keçirilən görüşdə Zakir İbrahimov qaliblərin ötən müddət ərzində nümayiş etdirdikləri aktivliyi və fərdi inkişaf planı üzrə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib. Sədr vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi ölkəmizdə müasir idarəçilik prinsiplərinə yiyələnmiş yeni nəsil rəhbər kadrların yetişməsində müstəsna rol oynayır.
Görüş zamanı proqram müddətində müzakirə olunan dövlət idarəetmə metodları, strateji qərarların qəbulu, korporativ idarəçilik və səmərəli kommunikasiya mövzularının qaliblərin gələcək fəaliyyətlərində tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Zakir İbrahimov mentorluq müddətinin başa çatması münasibətilə qalibləri təbrik edərək, onlara peşəkar fəaliyyətlərində və dövlətçiliyimizin inkişafı naminə gələcək addımlarında uğurlar arzulayıb.
“Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı bir il ərzində göstərilən diqqətə, şəxsi və peşəkar inkişafları üçün yaradılan şəraitə, həmçinin zəngin idarəçilik təcrübəsini onlarla bölüşdüyünə görə mentor Zakir İbrahimova dərin minnətdarlıqlarını bildiriblər. Qaliblər bu müddət ərzində əldə etdikləri bilik və bacarıqların onların liderlik keyfiyyətlərinin formalaşmasında həlledici rol oynadığını qeyd ediblər.
Görüşün yekununda Zakir İbrahimov Mentorluq proqramını uğurla başa vuran hər iki müsabiqə qalibinə xasiyyatnamə təqdim edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi