Agentlikdə yoxlama: kimlər qorxuya düşüb? - Şok siyahı və iddialar yayıldı
27-02-2026 [21:03]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) illərlə toxunulmaz görünən sistemin çökməsi ilə bağlı sensasion iddialar gündəmi silkələyir. Qurumun uzun illər rəhbəri olmuş Saleh Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra Agentlikdə genişmiqyaslı maliyyə yoxlamalarının başladığı və yüz milyonlarla manat büdcə vəsaitinin talan edilməsi ilə bağlı faktların üzə çıxdığı bildirilir.
Demokrat.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumatlara görə, artıq AAYDA-nın bir sıra struktur bölmələrinin vəzifəli şəxsləri barəsində araşdırmalar başlanıb. Araşdırmaların əsas istiqaməti dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smeta sənədləri, formal podrat müqavilələri və yol tikintisi-təmir layihələri adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.
Saleh Məmmədovun vəzifədən azad edilməsi AAYDA-da faktiki olaraq domino effektinə səbəb olub. Onun rəhbərlik etdiyi dövrdə ölkənin müxtəlif bölgələrində yol tikintisi və təmiri üçün milyardlarla manat vəsait ayrılmışdı. İndi isə həmin layihələrin bir hissəsi üzrə sənədlərin yenidən yoxlanıldığı, real xərclərlə rəsmi aktlar arasında ciddi fərqlərin aşkarlandığı bildirilir.
Məlumatlara görə, araşdırmalar çərçivəsində regional yol istismar idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi diqqət mərkəzindədir.
Yaranmış vəziyyət fonunda Gununsesi.info-ya daxil olan məlumat isə qalmaqalın miqyasını daha da genişləndirib. İddialara görə, Saleh Məmmədov vəzifədən kənarlaşdırıldıqdan sonra özünə yaxın hesab etdiyi regional yol idarələrinin rəhbərlərini bağ evinə toplayaraq vəziyyətdən çıxış yollarını müzakirə edib.
Orada iştirak etdiyi bildirilən şəxslər arasında Şükür Astanov, Məzahir Səlimov, İlham Əzimov, Zahid Nuriyev, Arif Abbasov, Nizami Çıraqov, Məhəmməd Musayev, Şahin İsmayılov, Azad Muradov, Azadəli Azadəliyev, Zaur Həmzəyev, Allahverdi Dəmirov, Fazil Musayev, Əflatun Qasımov, maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev və aparat rəhbəri İlqar Əhmədovun adları çəkilir.
Mənbənin iddiasına görə, keçmiş sədr yoxlamalar zamanı aşkar edilən maliyyə çatışmazlıqlarının büdcəyə qaytarılmasının zəruri olduğunu bildirərək, əks halda həbslərin qaçılmaz olacağını deyib. Onun “mən özüm vəziyyətdən çıxacağam, amma siz zərəri bağlamasanız, hamınız həbs olunacaqsınız” məzmununda xəbərdarlıq etdiyi iddia olunur.
Qeyd edək ki, AAYDA-nın regional yol istismar idarələri ölkənin müxtəlif rayon və magistral yollarında tikinti, əsaslı təmir və saxlanma işlərinə cavabdehdir. Dövlət büdcəsindən ayrılan böyük həcmli vəsaitlərin əsas hissəsi məhz bu idarələr vasitəsilə xərclənir.
Ekspertlərin fikrincə, bu qurumlarda illər boyu formalaşmış maliyyə mexanizmlərinin araşdırılması daha geniş korrupsiya zəncirini üzə çıxaracağı və AAYDA-nın vəzifəli şəxslərini əhatə edəcəyi istisna olunmur.
Demokrat.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi