Tarif Şurası katibinin müavini qazi ilə əlbəyaxa olub - Hər iki tərəf döyüldüyünü deyir (YENİLƏNİB)
27-04-2025 [12:55]
Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində 44 günlük Vətən müharibəsi qazisinə qarşı hücumla nəticələnən kütləvi dava baş verib. Hadisə 2025-ci ilin 19 yanvar günü törədilib.
Mia.az xəbər verir ki, bu barədə “demokrat.az”a hücuma məruz qaldığını iddia edən qazi Kənan İsmayıllı özü məlumat verib.
Onun sözlərinə görə, "Alma bağı" istirahət mərkəzində olarkən, Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov və dostları tərəfindən ağır söyüşlərlə təhqir olunaraq, fiziki təzyiqə məruz qalıb.
Kənan İsmayıllı deyir ki, hadisə 20 Yanvar Faciəsinin ildönümündə, taksi sürücüsü işlədiyi zaman Qubaya sərnişin apararkən, orada qonaq olduğu "Alma bağı" istirahət mərkəzində baş verib:
"Orada istirahət edərkən, tanımadığım şəxslər yüksək tonla səs çıxararaq, qaldığım otağın qapısına hücum çəkdilər. Mən qapını açıb baxarkən, gördüm ki, sərxoş vəziyyətdə olan və sonradan adını öyrəndiyim Ceyhun Nəcəfov və yanında olan bir neçə şəxs məni təhqir edirlər.
Onlar daha sonra üzərimə hücum çəkdilər. Bu zaman mən yenə ağır söyüşlərlə təhqir olundum, fiziki təzyiqə məruz qaldım, bədənimin müxtəlif nahiyyələrindən ciddi xəsarətlər aldım. Daha sonra Quba rayon Polis Şöbəsinə gedərək, izahat verdim. İzahatımda Ceyhun Nəcəfovdan şikayətçi olduğumu qeyd etdim".
Kənan İsmayıllı 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı kimi ön cəbhədə iştirak etdiyini bildirib:
"Mən 44 günlük Vətən müharibəsi zamanı kəşfiyyatçı olaraq xidmət etdiyimə görə, cənab Prezident İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə"Azərbaycan Respublikasının medalları ilə, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam".
Məsələ ilə bağlı Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov telefon zənglərinə cavab verməyib.
***
Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna cavab verən Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfovun hüquqlarının müdafiəçisi, Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev bildirib ki, Ceyhun Nəcəfov cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb və istintaq davam edir:
“Video görüntülər və digər məlumatlar, digər sənədlər barədə ictimaiyyətə yalnız istintaq bitdikdən sonra lazımi qaydada məlumat veriləcək. Düşünürəm ki, məhkəmə qapalı iclas keçirməyəcək, hamı üçün açıq olacaq. Lazım olan məlumatlarla məhkəmə istintaqı zamanı tanış ola bilərsiz. Bundan əlavə nəzərinizə çatdırım ki, hadisə zamanı iddia olunur ki, Ceyhun Nəcəfov içkili olub. Lakin, qətiyyən bu belə deyil. Bununla bağlı ekspertiza keçirilib. Hadisə barədə məlumatı verən və iddia edən şəxs cinayət işində təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu hadisədə özü və onun dostu, bundan əlavə yanında başqa insanlar da olub. Bu barədə tam açıqlama verə bilmirəm, amma zamanı gələndə istəsəniz məhkəmədə iştirak edərsiz ictimailəşdirərsiz. Bu adam təqsirləndirilmiş şəxs qismində cəlb olunub və məlum olub ki, hadisə törədilmədən əvvəl 102 xidmətinə onlar barəsində şikayət edilib. Lakin, həmin şəxs bunlara məhəl qoymayaraq, xuliqanlıq cinayəti törədib. Əlavə olaraq, qarşı tərəfə ağır xəsarətlər yetirib.”
Ağır xəsarətlər aldığı deyilən Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfovun əməliyyatı və müalicəsi Bakıda olub və bitib.
MİA.AZ


BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO