“Azərbaycan Dəmir Yolları”nda növbəti dəyişiklik - Daha bir departament müdiri vəzifədən çıxarılıb, yeni təyinat olub (Yenilənib)
13-02-2025 [18:00]
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.
Mia.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, QSC-nin Yük daşımaları departamenti rəisi Emil Əhmədov vəzifədən azad olunub. Onu bu postda Samir Həziyev əvəzləyib.
***
“Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşıma Departamentinin müdiri Emil Əhmədov vəzifədən çıxarılıb.
Demokrat.az-a daxil olan məlumata görə, onun adı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin sabiq rəhbəri Aybəniz İsmayılova ilə bərabər küllü miqdarda dövlət vəsaitini mənimsəməkdə hallanır.
Məlumata görə, Aybəniz İsmayılova küllü miqdarda dövlət vəsaitini mənimsədiyinə görə barəsində daxili araşdırma başladılıb və o, bu səbəbdən 4 fevral 2025-ci il tarixdə işdən azad olunub.
Aybəniz İsmayılovanın vəzifəsindən sui-istifadə etməklə dostlarını və yaxınlarını “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində işə düzəldəcəyini vəd etməsi iddia olunur. Hətta, iddialara görə, Aybəniz İsmayılovanın həmin şəxslərdən pul aldığı deyilir.
Bundan başqa, Aybəniz İsmayılovanın ADY rəhbərliyi ilə qohumluq əlaqələrindən sui-istifadə edərək, Emil Əhmədovla bərabər “Azərbaycan Dəmir Yolları” QSC-də tenderlərə nəzarət etmək istəməsi iddia olunur.
Sözügedən iddilarla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-ın sorğusuna cavab olaraq açıqlama verilib.
Açıqlamanı təqdim edirik:
“Aybəniz İsmayılova və Emil Əhmədov haqqında qeyd edilənlər cəfəngiyyat olduğu üçün təbii olaraq onlar barəsində tədbir görülməsi barədə yazılanlar da cəfəngiyyatdır”.
"Azərbaycan Dəmir Yolları" QSC Aybəniz İsmayılovanın ADY-də müşavir vəzifəsində çalışmasını təkzib edib:
“Aybəniz İsmayılova ADY-də müşavir vəzifəsində çalışmayıb”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DONALD TRAMP İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ - MƏTN + SƏNƏD
Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
Sabah yağış yağacaq
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI