Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılış mərasimi olub
12-02-2025 [19:09]
Pakistanın İslamabad şəhərində təsis edilmiş Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılış mərasimi keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən Mia.az-a bildirilib ki, tədbirdə Pakistanın investisiya naziri Abdul Aleem Khan, xarici ölkələrin Pakistandakı səfirləri, Pakistanın dövlət qurumlarının, o cümldən Xarici İşlər Nazirliyinin, habelə ictimaiyyət, mədəniyyət və hər iki ölkədə biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində ilk olaraq hər iki ölkənin dövlət himnləri səsləndirilib, Azərbaycanda biznes və investisiya mühitinə dair videoçarx nümayiş olunub.
Tədbirdə iki ölkə arasındakı yüksək səviyyəli diplomatik münasibətlərin iqtisadi əlqalərin inkişafına möhkəm zəmin yaratdığını qeyd edən Azərbaycanın Pakistandakı səfir Xəzər Fərhadov Azərbaycanda investisiya imkanları, digər vergi güzəştləri və təşviqlər barədə də danışıb.
Diplomat bu mənada 2027-ci il dekabrın 31-dək Pakistandan idxal edilən həmin ölkə mənşəli düyünün idxal gömrük rüsumundan azad edilməsinə diqqət çəkərək iki ölkə arasında potensial əməkdaşlıq imkanları haqqında iştirakçıları məlumatlandırıb.
Daha sonra Pakistanın investisiya naziri Abdul Alim Xan, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif Ikram Şeyx və Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının sədri Əhsən Zəfər Bəxtəvarinin çıxışları dinlənilib. Məruzəçilər çıxışları zamanı Azərbaycan və Pakistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticarət əlaqələrinin də artan tendensiya üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Xarici investorlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və biznes imkanları, Pakistan şirkətlərinin Azərbaycanda fəaliyyəti barədə də danışılıb.
Sonda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib, xatirə şəkilləri çəkilib.
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib